Accessibility links

Bayden Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqa çağırıb


ABŞ-ın vitse-prezidenti Co Bayden Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həllində dialoqa çağırıb.

Prezident İlham Əliyev və prezident Serj Sarkisyan Vaşinqtonda Nüvə Təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-da səfərdədir.

“Dağlıq Qarabaq münaqişəsindən danışaraq vitse-prezident zorakılıqların davam etməsi ilə bağlı narahatlığını bildirib və dialoqa çağıraraq, davamlı sabitlik, təhükəsizlik və regionun tərəqqisi naminə münaqişənin əhatəli həllinin vacibliyni vurğulayıb”-deyə Ağ Evin vitse-prezident Baydenin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü ilə bağlı açıqladığı bəyanatda bildirilir.

Bayden prezident Əliyevlə təhlükəsizlik sahəsində əməkdaşlıq, o cümlədən terrora qarşı mübarizə məsələlərini, eləcə də “Cənub qaz dəhlizi”nin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində əhəmiyyətini müzakirə edib.

“Vitse-prezident bu yaxınlarda hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarının həbsdən azad edilməsini alqışlayaraq bu istiqamətdə inkişafa çağırıb və Azərbaycanın iqtisadi tərəqqisi və inkişafı üçün vətəndaş cəmiyyəti və qanunun aliliyinin əhəmiyyətini vurğulayıb”-deyə Ağ Evin açıqladığı bəyanatda bildirilir.

Ağ Evin Ermənistan prezidenti Serj Sarkisyanla görüşlə bağlı açıqladığı bəyanatda deyilir ki, danışıqlar zamanı vitse-prezident Bayden qeyd edib ki, ABŞ Ermənistanı “öz qonşuları ilə təhlükəsizlik və sülh şəraitində yaşayan demokratik və tərəqqi içində ölkə kimi görmək istəyir.”

Vitse-prezident Bayden prezident Sarqisyana 20 mindən çox Suriya qaçqınını qəbul etdiyinə görə təşəkkürünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG