Accessibility links

Bayden COVID-19 peyvəndinin gücləndirici dozasını vurdurub


ABŞ Prezidenti Co Bayden administrasiyasının əhalinin müəyyən qrupu üçün Pfizer peyvəndinin üçüncü dozasını təsdiqləməsindən bir neçə gün sonra bazar ertəsi COVID-19 peyvəndinin gücləndirici dozasını vurdurub.

Kamera önündə gücləndirici dozanı qəbul etməzdən əvvəl Bayden Ağ Evdəki müxbirlərə verdiyi açıqlamada "gücləndiricilərin vacib olduğunu, ancaq etməli olduğumuz ən vacib şeyin ilk dozalarla daha çox insanın peyvənd edilməsidir" deyib.

O, ABŞ-ın yetkin əhalisinin 77%-nə ən azı bir doza koronavirus peyvəndi vurulduğunu bildirib.

"Ölkənin dörddə biri peyvəndsiz ola bilməz" - deyə, o əlavə edib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) keçən həftə amerikalılar üçün üç kateqoriyalı gücləndirici dozanı təsdiqləyib: 65 yaş və yuxarı olanlar; müəllimlər, səhiyyə işçiləri və peşələri COVID-19-a yoluxma riski ilə üz-üzə qalan digər işçilər; və əsas şərtləri olan 50 ilə 64 yaş arası olanlar.

Gücləndirici doza ən azı altı ay əvvəl Pfizer-BioNTech peyvəndi alanlar üçündür.

Ağ Ev cümə günü 20 milyon amerikalının dərhal gücləndirici doza ala biləcəyini, 60 milyon Pfizer peyvəndi qəbul edənlər isə altı aylıq həddə çatdıqda gücləndiricilər üçün uyğun olacağını açıqlayıb.

78 yaşlı Bayden Pfizer peyvəndinin ilk dozasını dekabr ayında, ikincisini isə yanvar ayında andiçmədən öncə vurdurub.

Cümə günü Ağ Evdən verilən şərhlərdə Bayden uyğun olanları əlavə bir peyvənd dozası almağa təşviq edib.

"Birinci və ikinci doza kimi gücləndirici doza da pulsuzdur və asanlıqla əldə edilə bilər" - deyə, o bildirib.

ABŞ Senatının Respublikaçı lideri 79 yaşında Mitç Makkonnel bazar ertəsi də gücləndirici doza vurdurduğunu və amerikalıları COVID-19 əleyhinə vaksinasiya təşviq etdiyini deyib.

"Vaksinlərin ölkəmizdə və dünyada bu xəstəliyi ortadan qaldırmasından əvvəl uşaqlıq poliomielitindən xilas olmuşam. Beləliklə, mən ömürlük peyvənd çempionuyam" - deyə, o, Senatın konfrans zalında bildirib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG