Accessibility links

ABŞ iqlim dəyişikliyinin miqrasiyanı sürətləndirməsinə cavab tədbirləri hazırlayır


Ağırlaşan iqlim dəyişikliyi ABŞ-dan təbii fəlakətlərdən qaçan qaçqın axınlarını izləmək, asanlaşdırmaq və idarə etmək üçün daha çox iş görməsini tələb edir.

Bayden administrasiyanın bildirdiyinə görə, ilk dəfə bu problemə dərindən baxış keçirilib.

Administrasiya hesabatında bir sıra addımları tövsiyə edir: iqlim qaçqınları yarada biləcək daşqın və ya digər fəlakətləri izləmək üçün daha çox iş görmək, insanların öz ölkələrində quraqlıqdan və fırtınadan xilas olmasına imkan verən ABŞ yardımlarını hədəf almaq və pisləşən iqlim səbəbindən öz yurdlarından didərgin düşmüş qaçqınların hüquqi müdafiəsini araşdırmaq.

Həmçinin ABŞ-ın iqlim dəyişikliyi və miqrasiyasının idarə edilməsini koordinasiya etmək üçün iqlim alimlərindən yardım və təhlükəsizlik rəsmilərinə qədər hökumətlər arasında bir işçi qrupu yaradılmasına çağırılır.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bildirir ki, hər il qasırğalar, mövsüm yağışların yağmaması və digər qəfil təbii fəlakətlər dünyada orta hesabla 21,5 milyon insanı evlərindən didərgin salır.

Kömür və qazın yandırılması nəticəsində pisləşən iqlim Kaliforniyadakı şəhərləri bürüyən meşə yanğınları, dənizlərin yüksəlməsi ilə ada ölkələrini basan daşqınlar və dünyanın bəzi yerlərində quraqlığın ağırlaşdırdığı qarşıdurmalardan başlayaraq bir çox fəlakətləri gücləndirir.

Bayden administrasiyası Şotlandiyanın Qlazqo şəhərində bu ayın sonunda başlayacaq BMT-nin iqlim konfransı ərəfəsində iqlim dəyişikliyinin təsirləri ilə üzləşdiyini göstərmək istəyir. Bayden millət vəkillərini iqlim dəyişikliyinin qarşısını almaq üçün daxili gündəminin əsas hissəsi olan milyardlarla dollarlıq tədbirlərə razı salmağa çalışır.

Heç bir ölkə iqlim dəyişikliyi səbəbindən qaçqın düşmüş insanlara sığınacaq və ya digər hüquqi müdafiə təklif etmir.

Fevral ayında Bayden milli təhlükəsizlik məsləhətçisinə "iqlim dəyişikliyindən birbaşa və ya dolayısı ilə köçkünlərin qorunması və köçürülməsi variantların" araşdırılmasına göstəriş verib.

Administrasiya tədbirlər çərçivəsində iqlim dəyişikliyi ilə bağlı ilk milli kəşfiyyat proqnozlarını açıqlayıb.

ABŞ kəşfiyyat orqanları tərəfindən hazırlanan milli kəşfiyyat hesablamaları hökumət daxilində qərar və təhlillərlə bağlı məlumat vermək məqsədi ilə yaradılmış əsas sənədlərdir.

Hesablama istiləşən planetin, xüsusən də quraqlıq, dəniz səviyyəsinin yüksəlməsinin və digər təsirlərlə mübarizə aparan yoxsul ölkələrin daha zəngin və çirkləndirici ölkələrin davranışlarını dəyişdirməsini gözlədiyi üçün geosiyasi gərginliyi artıra biləcəyini təsbit edib.

Hesablamaya görə, iqlim dəyişikliyi "ABŞ-ın milli təhlükəsizlik maraqları üçün riskləri getdikcə daha da artıracaq".

Qiymətləndirmədə xüsusi narahatlıq doğuran 11 ölkə müəyyən edilib: Əfqanıstan, Kolumbiya, Qvatemala, Haiti, Honduras, Hindistan, İraq, Myanma, Nikaraqua, Şimali Koreya və Pakistan. Burada narahatlıq yaradan iki bölgə də var: Mərkəzi Afrika və Sakit Okeandakı kiçik ada dövlətləri.

Birləşmiş Millətlər Təşkilatı 2050-ci ilə qədər dünyada 200 milyon iqlim köçkününün ola biləcəyini bildirir.

Dünya Meteorologiya Təşkilatının aprel ayında açıqladığı hesabata görə, 2010-cu ildən bəri hər il orta hesabla 23 milyon insan iqlim dəyişikliyi səbəbindən köçkün vəziyyətinə düşüb.

Ötən ilin ilk altı ayında təxminən 10 milyon qaçqın qeydə alınıb ki, onların çoxu öz ölkələrində məcburi köçkün statusu əldə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG