Accessibility links

ABŞ vitse-prezidenti ikigünlük səfərlə Türkiyədədir [Təhlil]


ABŞ Vitse prezidenti Co Bayden Türkiyənin vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüş keçirib. O, İstanbulda iki günlük səfərdədir.

Bayden İstanbula cümə axşamı günü Davosda bu həftənin əvvəli başlamış Dünya İqtisadiyyat Formunda iştirak etdikdən sonra gedib.

O, səfər əsnasında Türkiyədən Suriyaya keçmək istəyən militantların qarşısını almaq üçün daha ciddi addımlar atılmasını tələb edəcək.

Suriyalı kürd milislər

Səfər Ankaranın Vaşinqtondan bu yaxınlarda Suriyalı Kürd milislərin İslam Dövləti militantları üzərində əldə etdikləri zəfərləri dayandırmaq tələbindən sonra baş verib.

Türkiyə suriyalı kürd milisləti PKK üsyançıları ilə əlbir olmaqda ittiham edir.

Ağ Ev cümə axşamı günü bildirib ki, Bayden və İraqın baş naziri Heydər Əl-Əbədi Davosda Ramadi şəhərində vəziyyəti stabilləşdirmək üçün beynəlxalq dəstəyi səfərbər etmək məqsədilə görüş keçirib. İraq hərbi qüvvələri bu yaxınlarda İslam Dövləti qrupundan Ramadi şəhərini azad edib.

Bayden həmçinin Əbədiyə İraqın şimalında olan Türkiyə qüvvələri haqda Ankara ilə danışıqları davam etdirməsini tapşırıb. Keçən ilin sonlarında Türkiyə 150-yə yaxın hərbi qüvvəsini Başiqa ərazisinə göndərərək İŞİD-ə qarşı döyüşən İraqlı milislərə təlim keçəcəyini iddia edir.

“Vitse prezident İraq və Türkiyənin İraqın şimalında mövcud olan Türkiyə qoşunları ilə bağlı yaranan narahatlığın müzakirəsini davam etdirməyə çağırır və ABŞ-ın İraqın suverenliyini və ərazi bütovlüyünə hörmət etdiyini vurğulayır,” deyə Ağ Ev-in yayımladığı bəyanatda bildirilir.

Yenidən unifikasiya planı

Kiprin yenidən unifikasiyası Baydenin səfərinin bir hissəsini təşkil edəcək.

“Yenidən unifikasiya danışıqları yaxşı gedir; Kipr respublikasının prezidenti danışıqlarda razılıq əldə olunduğunu elan edib. Amerikalılar və BMT bu danışıqlarda mühim rol oynayır,” deyə İstanbulda yerləşən Süleyman Şah universitetinin siyasi elmlər üzrə alimi Cengiz Aktar bildirir.

Türkiyə, Yunanıstan və Britaniya Kiprə zamin ölkələrdir. Ankara davam edən unifikasiya səylərini dəstəkləyir. Təhlilçilər deyir ki, Bayden on illərdir bu müzakirələrdə özü iştirak edir.

Kiprin 1974-cü ildə şimal hissəsi Kıbrıs Türk cümhuriyyəti və beynəlxalq ictimaiyyət tərəfindən tanınan cənub hissəsi Kipr kimi iki yerə bölünüb.

XS
SM
MD
LG