Yeni seçilmiş prezident Co Bayden Kaliforniyanın Baş prokuroru Xavyer Beserranı səhiyyə katibi vəzifəsinə seçib və bununla administrasiyasının koronavirusa qarşı cavab tədbirinə nəzarət etmək üçün Obamanın prezidentlik dövründə yaranan "Obamacare" kimi tanınan "Affordable Care Act" adlı sığorta planının tərəfdarını təyin edib. Bundan əlavə olaraq Bayden Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə rəhbərlik etmək üçün Harvardın infeksiya mütəxəssisi Dr.Roşel Valenskini seçib.
Senat tərəfindən təsdiqlənəcəyi halda, 62 yaşındakı Beserra 80,000 işçisi, dərman və peyvəndlər, qabaqcıl tibbi araşdırmalar, 130 milyondan çox amerikalını əhatə edən tibbi sığorta proqramlarının da daxil olduğu portfolio ilə 1 trilyon dollarlıq agentlik olan Səhiyyə və İnsan Xidmətləri Departamentinə rəhbərlik edən ilk latın amerikalı olacaq.
Çərşənbə axşamı gözlənilən rəsmi açıqlamadan öncə qərarla tanış olan iki rəsmi Baydenin Beserranın seçdiyini təsdiqləyib. Bundan əlavə iki nəfər anonim olaraq Valenskinin seçimini də təsdiqləyib. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə direktor vəzifəsinə Senatın təsdiqi tələb olunmur.
Beserra Kaliforniya ştatının ən yaxşı vəkili olaraq Obamacare-i Tramp administrasiyasının sığorta planın ləğv etmək cəhdinə qarşı müdafiə edən Demokrat ştatların koalisiyasına rəhbərlik edib.
Nümayəndələr Palatasının sabiq üzvü Beserra 2009 və 2010-cu illərdə Obamanın sağlamlıq qanununun Konqresdə təsdiq olunması üçün səy göstərib. O zaman o, jurnalistlərə əsas motivasiyalarından birinin Cənubi Kaliforniyada on minlərlə sığortasız insanın yaşaması olduğunu bildirib.
Beserra vəkilə lazım olan problemləri təhlil etmək üçün dəqiq yanaşmaya və sakit davranışa malikdir.