Demokrat partiyasından nominasiya olunacaq Co Bayden Kaliforniya senatoru Kamala Harrisi vitse-prezident postuna namizəd göstərdi. Harris əsas partiyadan prezident seçkilərində namizəd göstərilmiş ilk qaradərili və hind mənşəli qadındır.
Kamala Harris Birləşmiş Ştatların növbəti vitse-prezident ola bilərmi? Demokrat partiyasından nominasiya olunacağı gözlənilən Co Bayden noyabr seçkilərində öz siyasi tərəf müqabili kimi Kamala Harrisin namizədliyini irəli sürdü.
Bayden Harrisin “ölkəyə xidmətini” xüsusi qeyd edib.
Kamala Harris əsas partiyadan prezident seçkilərində namizəd göstərilmiş ilk qaradərili və hind mənşəli və tarixdə dördüncü qadındır.
Kaliforniya senatoru və prezidentliyə keçmiş demokrat namizəd olan Harris seçilməkdən qürur duyduğunu və Co Baydenin Amerika xalqını birləşdirə biləcəyini deyib.
Təhlilçilər Harrisin Baydenə afroamerikalıların səslərini almağa kömək edə biləcəyini bildirir.
Robert Qriffin, Demokratiya Fondu Seçici Araşdırma Qrupu:
“Co Bayden 2016-cı ildə Hillari Klintonun gənc afroamerikalılar, xüsusilə də gənc afroamerikalı kişilər arasında popuyarlıq baxımından olduğu mövqedən bir az geridədir. Beləliklə də onun kampaniyada görə biləcəyi işlərdən biri bu ola bilər ki, 2016-cı ildə olan dəstək səviyyəsinə qayıtmaq üçün bu icmaya bir növ lazerlə diqqət yönəldilsin.”
Baydenin seçimin elan etməsindən bir neçə dəqiqə sonra Trampın kampaniyası hücum reklamını yayımladı.
“Ləng Co və saxta Kamala. Bir yerdə mükəmməl. Amerika üçün isə səhv.”
ABŞ prezidenti Donald Tramp:
“O, Co Bayden üçün bəlkə də Pokahontasdan (Elizabet Uorren) daha təhlükəlidir. O, Co Baydenə qarşı hörmətsizlik göstərib. Və belə hörmətsizlik göstərən adamı seçmək çox çətindir.”
Növbəti həftələr həm Tramp, həm də Baydenin kampaniyaları Harrisi Amerika xalqına tanıtmağa çalışacaq.
Robert Qriffin, Demokratiya Fondu Seçici Araşdırma Qrupu:
“Hələ də amerikalıların üçdə bir hissəsi Kamala Harris haqda fikir formalaşdırmaq üçün kifayət qədər informasiyaları olmadığını deyə bilər. Amma bu, qarşıdan gələn günlər və xüsusilə də Demokratların qurultayı zamanı tez dəyişəcək. Və ABŞ senatoru olmasına baxmayaraq, onun siyasi profili artacaq.”
Bayden və Harris çərşənbə günü ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxacaq.