Accessibility links

Bayden "Üçlük Sammiti"ndə Kanada və Meksika liderləri ilə görüşəcək


ABŞ, Kanada və Meksika liderləri uzun müddətdir davam edən - iqlim dəyişikliyi, miqrasiya, iqtisadi rəqabət kimi problemləri, eləcə də COVID-19 pandemiyası kimi yeni problemi müzakirə etmək üçün beş ildə ilk dəfə, cümə axşamı üçtərəfli sammitə toplaşacaq.

Kanadanın baş naziri Castin Trüdo və Meksika prezidenti Andrés Manuel Lopez Obrador cümə axşamı Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşəcək. 2016-cı ildən bəri ilk Şimali Amerika Liderlərinin Sammiti-nə toplaşmazdan əvvəl liderlər Baydenlə ikitərəfli müzakirələr aparacaq.

"Bu, həm daxili iqtisadi uğurumuz, həm də regional və qlobal problemlərin həllində mühüm rol oynaya biləcək tərəfdaşlıq üçün vacibdir. Bu, Şimali Amerika platformasını canlandırmaq üçün 10 aylıq işin kulminasiya nöqtəsidir" - deyə, Ağ Evin mətbuat katibinin müavini Kris Miger çərşənbə günü bildirib.

Bununla belə "üç amiqo" (üç dost) adlanan bu görüşün sərt tərəfləri də var.

Bayden vəzifəyə gəldikdən sonra Tramp dövründən qalan "Meksikada qalın" proqramı kimi tanınan Miqrantların Qorunması Protokolunu dayandırsa da, Texas və Missuri ştatları proqramın yenidən bərpa edilməsi üçün federal hökuməti məhkəməyə verib. Məhkəmənin yaxın həftələrdə başlaması ehtimalı var.

Bundan əlavə, Vaşinqtonun iqtisadiyyat və iqlimlə bağlı bəzi siyasəti Kanadanın qəzəbinə səbəb ola bilər. Trüdo Ottavanın proteksionist olaraq gördüyü Baydenin "Amerika istehsalı al" proqramına qarşı olduğunu bildirib.

Üçlüyün Kubadakı son etirazlar və Bayden və Lopez Obradorun qarşı olduğu adanın ABŞ-ın rəhbərlik etdiyi iqtisadi blokadası kimi məsələləri də müzakirə edəcəkləri gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG