Accessibility links

Co Bayden tornadoların viran qoyduğu Kentukki ştatını ziyarət edəcək


ABŞ prezidenti Co Bayden keçən həftə ştatda azı 74 nəfərin ölümünə və minlərlə insanın didərgin düşməsinə səbəb olan dağıdıcı tornadoların vurduğu zərəri görmək üçün çərşənbə günü Kentukkiyə gedəcək.

Artıq Kentukki ştatı üçün fövqəladə vəziyyət elanları imzalayan Bayden eyni şeyi İllinoys ştatı üçün də etməyə hazır olduğunu deyib və əlavə edib ki, administrasiyasına Kentukki və tornadoların təsirinə məruz qalan digər ştatlarda yerli və ştat rəsmilərinə lazım olan resursun təqdim edilməsinə göstəriş verib.

“Biz federal hökumət üçün mövcud olandan kənara çıxmalı olacağıq, məsələn, FEMA evlərin bərpası üçün 35 000 dollara qədər pul ayıra bilər. Görüləcək çox iş var və biz yenicə başlayırıq. Ancaq bacardığımızdan əmin olmaq üçün bütün qubernatorlarla işləyəcəyik” - deyə, Bayden əlavə edib.

Prezident ştat qubernatorlarına mesajında federal hökumətin onlara "ehtiyac duyulan hər şeyi" əldə etməyə kömək edəcəyini bildirib.
"Biz lazım olan müddətdə orada olacağıq" - deyə, Bayden əlavə edib.

Tornadolar Kentukki ən çox zərbəni ştatına vursa da, cümə günü axşam və şənbə günü səhər Arkanzas, İllinoys, Missisipi, Missuri və Tennessi ştatlarında da dağıntılar yaradıb.

Ümumilikdə 88 nəfər həyatını itirib.

Kentukki qubernatoru Beşar ştatın tornado qurbanları üçün yaratdığı yardım fonduna 6 milyon dollar ianə keçirildiyini bildirib.

Kentukki ştatının birinci xanımı Britan Beşar ehtiyacı olan ailələr üçün başlatdığı Milad kampaniyasına paketi açılmamış oyuncaqlar, kitablar və 25 dollarlıq hədiyyə kartları istəyib.

Şimali Amerikada dekabr ayı üçün bu cür güclü tornadolar qeyri-adi haldır. Meteoroloqlar deyirlər ki, bu fırtınaları Meksika körfəzində rekord isti hava şəraiti və suyun temperaturu gücləndirib.

XS
SM
MD
LG