Accessibility links

Bir qrup İran müxalifəti ABŞ Prezidenti Co Baydenə məktub ünvanlayıb


Bir qrup İran müxalifəti ABŞ Prezidenti Co Baydendən İranda dünyəvi demokratiya və insan haqlarına hörmət tələblərini dəstəkləməyə çağırıb. Belə ki, Bayden administrasiyası səlahiyyət müddətinin əvvəlində diqqətini İslam Respublikasının nüvə proqramını cilovlamağa yönəltdiyi üçün səssiz qalıb.

İngilis dilində yazılmış və Amerikanın Səsi ilə paylaşılan 1 fevral tarixli açıq məktubda 38 İran mənşəli fəal 20 Yanvar andiçmə mərasimindən sonra Baydenə uğurlar arzulayıb və onun rəhbərliyindən bir neçə siyasi məsələnin İranla bağlı siyasətinə daxil edilməsini nəzərdən keçirməsini xahiş edib.

Bu hədəflər arasında qeyri-zorakı şəkildə “sərbəst və ədalətli” referendumla İranın teokratik hökumətini dünyəvi bir demokratiya ilə əvəz etmək; İranı idarə edən din xadimlərinə onlar dəyişdirilənə qədər “maksimum siyasi, diplomatik və maliyyə təzyiqi”ni davam etdirmək; ölkədəki bütün siyasi və vicdan məhbuslarını sərbəst buraxaraq bu İslamçı rəhbərləri insan haqlarına hörmət göstərməyə məcbur etmək kimi məsələlər daxildir.

"Bu məktubu ABŞ prezidentinə göndərdik, çünki ABŞ demokratik və qüdrətli bir ölkədir. İran strateji məkanı, mənbələri və tarixinə görə vacib bir ölkədir" - deyə, məktubu imzalayanlardan biri - Zartüşt Əhmədi Raqeb Amerikanın Səsinə bildirib.

O deyib ki, iki ölkə arasında dialoq və razılaşma özlərinə və dünyaya fayda verə bilər.

ABŞ Dövlət Departamenti İran müxalifətçilərinin məktubuna münasibət bildirmək üçün Amerikanın Səsinin müraciətinə cavab verməyib.

İranın insan haqları vəziyyəti və İslamçı idarəçilik sistemi ilə bağlı məsələlər çərşənbə axşamı Dövlət Departamentinin mətbuat katibi Ned Prays tərəfindən ilk brifinqdə gündəmdə olmayıb.

Dövlət katibi Entoni Blinken də 26 yanvarda and içdikdən sonra məsələlərə toxunmayıb. Yanvarın 19-da Senatda təsdiq iclasında İranın insanları homoseksuallığa görə edam etməsi ilə bağlı Blinken İranın "qeyri-insani hərəkətləri"ni qınayaraq deyib ki, ABŞ yaxın gələcəkdə İranın potensial nüvə silahı qabiliyyətini inkişaf etdirməsinin qarşısını almağa üstünlük verərsə, bu cür hərəkətlərlə məşğul olmaq üçün “daha yaxşı vəziyyətdə” olar.

Prezidentliyə namizəd ikən Bayden İran rejimini davamlı insan haqları pozuntularına və siyasi məhbusların ədalətsiz həbsinə son qoymağa çağıracağına söz vermişdi.

Bayden Tehranın iranlı güləşçi və hökumət əleyhinə fəal Navid Afkarinin işgəncə altında cinayət etirafına və 2018-ci ildə İran insan haqları vəkili Nəsrin Sutudenin həbsinə istinad etmişdi.

Baydenə ünvanlanan məktubu imzalayan 38 nəfərdən azı 21-i dinc siyasi fəaliyyətlərinə görə ya həbs edilib, ya da nəzarətə alınıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG