Accessibility links

Co Bayden Obamacare sığorta proqramına 7 milyona yaxın insanın qatıldığını bildirib


ABŞ-ın vitse-prezidenti ötən il Obamacare kimi tanınan sağlamlıq sığortası proqramına 7 milyona yaxın insanın qatıldığını bildirib.

Co Bayden Havayda tətildə olan ABŞ prezidenti Barak Obamanı əvəz edərək həftəlik müraciətlə çıxış edib.

Vitse-prezident sığorta qiymətlərinin cib telefonları və kabel televiziyası xərcləri ilə eyni olduğunu bildirib.

Bayden deyib ki, biz artıq sağlamlıq sığortasının insanların imtiyazı deyil, haqqı olduğuna dair mübahisələrə son qoyduq.

O, amerikalıları healthcare.gov saytına müracıət edib, sualları və narahatlıqlarını bu səhifəyə ünvanlamağa çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG