Accessibility links

Co Baydenin gender bərabərliyi gündəmi


Co Baydenin gender bərabərliyi gündəmi
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Co Baydenin gender bərabərliyi gündəmi

Yeni prezident seçilmiş Co Bayden seçki kampaniyası zamanı gender bərabərliyini təmin etmək vədləri çərçivəsində bir sıra əsas kabinet vəzifələrinə və bütün yüksək səviyyəli rabitə heyətinə qadınları seçib.

Məlumat hələ yekunlaşmasa da, qadınlar Co Baydenin seçkilərdə qələbəsini təmin edib. Edison Araşdırma Mərkəzinin keçirdiyi rəy sorğularına görə, qadınların 57 faizi Baydenə, 47 faizi isə Trampa səs verib.

Bayden prezident seçildikdən bəri kabinetdəki əsas vəzifələrə qadınları təyin edib.

"Bu komanda misilsiz təcrübəsi və uğurları ilə köhnə düşüncə və dəyişməz vərdişlərimizlə çətinlikləri həll edə bilməyəcəyimiz fikrini əks etdirir. Məsələn, ilk dəfə kəşfiyyat orqanına qadın rəhbərlik edəcək.”

Senat tərəfindən təsdiqlənsə, o qadın Baydenin milli kəşfiyyat direktoru seçimi olan Avril Heynes olacaq.

Bayden Maliyyə Nazirliyi, ABŞ-ın BMT-dəki səfiri, İdarə və Büdcə Ofisinin direktoru və iqtisadi məsləhətçilərinin rəhbəri vəzifələrinə qadınları seçib.

Mətbuat katibi Cen Psaki də daxil olmaqla, yüksək səviyyəli rabitə komandası tamamilə qadınlardan ibarət olacaq.

Yeni seçilmiş vitse-prezident Kamala Harris Tina Flournoyun rəhbərliyi ilə prezident aparatına qadın heyətini gətirəcək.

Müxtəlif irqi və iqtisadi kökləri təmsil edən bu qadınlar işçi sinfi və mühacir ailələrin qızlarıdır.

Fəallar bu müxtəlifliyin Baydenin əsas prioritetləri - irqi və gender bərabərliyinə nail olmasına kömək edəcəyini deyir.

“Həqiqətən öz sahələrində təcrübəli və köklü mütəxəssislər, xidmət etdikləri icmaların təcrübələrini yaşayan, xidmət göstərməyi düşünən insanları dövlətin ən üst səviyyələrində görmək istəyirik. Amerika xalqı onların bu dəstəyə, bu proqramlara ən çox ehtiyac duyan icmalar adından həqiqətən ən yaxşı qərarlar verə biləcəyini düşünür” - deyə, Qadınlar və Ailələr üçün Milli Tərəfdaşlıqda siyasət və strategiya üzrə vitse-prezident Sara Fliş Fink bildirib.

Baydenin qadınlar üzrə gündəliyinə bərabər əmək haqqı və hamiləlik ayrı-seçkiliyinə son qoymaq, valideyn məzuniyyəti və uşaq baxımı da daxil olmaqla, iş-ailə tarazlığı, sağlamlıq xidmətlərindən istifadə, qadınlara qarşı zorakılığa son qoymaq və dünyada qadınlara qüdrət vermək yolu ilə iqtisadi təhlükəsizliyin artırılması daxildir.

Qadınların rolu və qərarı ölkənin pandemiya ilə qarşılaşdığı və iqtisadi cəhətdən bərpa olunmağa çalışdığı vaxt xüsusilə vacibdir.

Baydenin qadınlarla bağlı iddialı gündəliyini reallaşdırması üçün Konqresdə yaranmış çıxılmaz vəziyyətdən keçməsi vacibdir. Belə ki, Nümayəndələr Palatasında Demokratlar üstünlük təşkil etsə də, Senatın nəzarəti Respublikaçıların əlinə keçə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG