Accessibility links

Bayden 3 ştatda mühüm qələbələr əldə edib


Bayden 3 ştatda mühüm qələbə çalıb
please wait

No media source currently available

0:00 0:01:46 0:00

Bayden 3 ştatda mühüm qələbə çalıb

ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden çərşənbə axşamı Florida, İllinoys və Arizona ştatlarında keçirilən praymerizlərdə həlledici qələbələr əldə edib. Ohayo ştatı isə koronavirusla bağlı narahatlıqlar səbəbilə səsverməni təxirə salıb.

Demokratlar hər üç ştatda böyük fərqlə Baydeni dəstəkləyib və onun noyabrda keçiriləcək seçkidə prezident Donald Trampın rəqibi olmaq şansını artırıblar.

“Bu gecə kampaniyamız gözəl nəticələr əldə etdi. Biz Demokratlar partiyasının prezidentliyə nominasiyasını əldə etməyə çox yaxınlaşdıq. Və biz bunu noyabrda qalib gəlmək üçün ehtiyacımız olan geniş koalisiya yaratmaqla edirik,” Co Bayden deyib.

Bu gecə kampaniyamız gözəl nəticələr əldə etdi. Biz Demokratlar partiyasının prezidentliyə nominasiyasını əldə etməyə çox yaxınlaşdıq. Və biz bunu noyabrda qalib gəlmək üçün ehtiyacımız olan geniş koalisiya yaratmaqla edirik.
Co Bayden

Bayden çərşənbə axşamı əldə etdiyi qələbələrlə birlikdə partiyanın nominasiyasını əldə etmək üçün lazım olan deleqasiyaların yarısını qazanıb.

Exit poll nəticələrinə əsasən, o, afro-amerikalılar, mötədillər və yaşlılar arasında Vermont ştatının senatoru Berni Sandersi məğlub edib. Bəzi seçicilər fikirlərini dəyişərək Sanders əvəzinə Baydenə səs verib.

“Çünki yaxşı səslənən şeylərin çoxu artıq məncə əlçatmazdır,” illinoyslu seçici Larri Donald bildirib.

Koronavirus seçkini kölgəyə salıb. Ohayo rəsmiləri səsverməni təxirə salıb və buna səbəb olaraq bəzi seçicilərin virusa yoluxluqlarından xəbərsiz olma ehtimalını irəli sürüb.

“Vicdanlı insanlar səsverməyə gedə amma virusu yoluxduğundan xəbərsiz ola bilər,” Ohayonun qubernatoru Mayk DeVayn bildirib.

Rəy sorğuları seçiciləri ən çox narahat edən məsələnin sağlamlıq sığortasının olduğunu göstərir.

“Bu pandemiyaya qarşı mübarizə müharibə kimi fövqəladə vəziyyətdir. Bu mübarizədə hökümətdən hər səviyyədə liderlik və əməkdaşlıq tələb olunacaq,” prezidentliyə Demokrat namizəd Co Bayden bildirib.

Co Bayden və Berni Sanders
Co Bayden və Berni Sanders

Baydenin bəzi tərəfdarları deyir ki, Bayden onların ilk seçimi deyildi.

“Lakin o keçmişdə sərgilədiyi performansına, diplomatiyasına görə mənim üçün cəlbedici oldu. O hətta vitse-prezident ikən prezident kimi idi,” arizonalı seçici Toni Bencamin bildirir.

Bir çox ştat qarşıdan gələn praymerizləri pandemiya ilə bağlı narahatlıqlar səbəbilə təxirə salır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG