Accessibility links

Bayden Rusiyanı 2022-ci il seçkilərinə müdaxilədə günahlandırır


Prezident Co Bayden çərşənbə axşamı Milli Kəşfiyyat idarəsinin direktorunun ofisində (ODNI) etdiyi çıxış zamanı Rusiyanı artıq növbəti ABŞ seçkilərinə müdaxilə etməkdə günahlandırıb.

"Baxın, Rusiya 2022 seçkiləri və dezinformasiya ilə əlaqədar nələr edir" - deyə, kəşfiyyat icması tərəfindən onun üçün hazırlanan günün məxfi brifinqinə istinad edən Bayden bildirib.

Moskvanın bu cür hərəkətlər, "suverenliyimizi tamamilə pozmaqdır" - deyə, prezident ətraflı məlumat vermədən Virciniyanın şimalında ODNI-nin mənzil-qərargahında toplaşan ABŞ-ın kəşfiyyat icmasınının 120 nəfərlik nümayəndə heyətində müraciətində qeyd edib.

Baydenin ictimaiyyət qarşısında tam məxfi olan Prezidentin Gündəlik Xülasəsində yer alan məlumata istinad etməsi təəccüb doğurur.

"O, prezidentdir. İstədiyi zaman istədiyi hər şeyi məxfiləşdirə bilər. Rusiyanın 2022-ci il seçkiləri üçün dezinformasiyaya yol verməsi heç kimdəsə şok yaradacağından əmin deyiləm. Düşünürəm ki, bu, həqiqətən də Rusiyanın bunu etməyə davam etdiyini və heç bir şeyin onları razı salmadığına dair yaxşı bir xatırlatmadır"- deyə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin beynəlxalq təhlükəsizlik proqramının müdir müavini və baş elmi işçisi Emili Hardinq bildirib.

Prezident, həmçinin ABŞ-ı hədəf alan artmaqda olan kiberhücumlar barədə bədbin proqnoz verib. Onun administrasiyası bu hücumlarda Çində dövlət tərəfindən dəstəklənən hakerləri və Rusiyada cəzasız qalan şəxsləri günahlandırır.

Bayden bildirib ki, onun fikrincə, böyük ehtimalla kiber pozuntuları ABŞ üçün "böyük güclə gerçək müharibə ilə yekunlaşacaq".

Prezidentə görə, ABŞ düşmənlərinin bu cür kiber imkanları "hədsiz dərəcədə artır".

Putinin "nüvə silahları, neft quyularından başqa heç nəyi yoxdur" deyən Bayden Rusiya liderinin iqtisadi cəhətdən əsl problemlə üzləşdiyini bildiyini və "bunun onu daha da təhlükəli hala gətirdiyini" əlavə edib.

Bayden ABŞ kəşfiyyat icmasını Moskvadakı həmkarları üzərində üstünlüyə görə tərifləyib.

Putin "bilir ki, siz onun komandasından daha yaxşısınız. Və bu, onu çox narahat edir" - deyə, Bayden qeyd edib.

Bayden həm Rusiya, həm də Çini "gələcəyin mümkün ölümcül rəqibləri" adlandırıb.

XS
SM
MD
LG