Accessibility links

Bayden Rusiyaya qarşı sanksiyalar siyahısına Nord Stream-2 AG şirkətini və onun rəhbərlərinin adlarını da əlavə edib


Rusiyaya qarşı ilkin sanksiyalar paketinin kifayət qədər sərt olmadığı ilə bağlı tənqidlərlə üzləşən Bayden administrasiyası çərşənbə günü həm özünün qərarlarını müdafiə edib, həm də Rusiyanın Ukraynaya hücumunun qarşısını almaq üçün nəzərdə tutulan cəzaların genişləndirildiyini elan edib.

Çərşənbə günü günortadan sonra Ağ Evin açıqladığı bəyanatda prezident Co Bayden sanksiyalar siyahısına Rusiya ilə Almaniya arasında mübahisəli təbii qaz kəmərini inşa edən Nord Stream-2 AG şirkətini və onun rəhbərlərinin adlarının daxil edildiyini açıqlayıb.

Bu addım Almaniya kansleri Olaf Şoltsun hökumətinin boru kəmərini sertifikatlaşdırmayacağını elan etməsindən bir gün sonra atılıb. ABŞ-ın sanksiyaları Şoltsun bu qərarının dətyişdirməsinin qarşısını alır, çünki Nord Stream 2 ilə biznes aparan hər hansı şirkət ABŞ sanksiyalarına məruz qalacaq.

“Bu addımlar Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə cavab olaraq ilkin sanksiyalarımızın növbəti hissəsidir. Açıq ifadə etdiyim kimi, Rusiya eskalasiyaya davam edərsə, biz əlavə addımlar atmaqdan çəkinməyəcəyik” Bayden deyib.

Həmçinin çərşənbə günü Ağ Evin mətbuat katibi Cen Psaki mətbuat konfransında bildirib ki, ABŞ-ın tədbirləri və onun müttəfiqləri faiz dərəcələrini yüksəltməklə, investorları Rusiya aktivlərindən qaçmağa təşviq etmək və rus rublunu digər valyutalara nisbətdə zəiflətməklə Rusiya iqtisadiyyatına ziyan vuracaq.

Bayden və onun administrasiyası çərşənbə axşamı Rusiyanın iki bankına və bir neçə zəngin vətəndaşına qarşı sanksiyaları elan etdikdən və Rusiyanın dövlət istiqrazlarının alışında məhdudiyyətlər tətbiq etdikdən sonra kəskin tənqidlərlə üzləşib.

Bu tədbirlər Bayden administrasiyasının həftələr ərzində Rusiyaya qarşı səsləndirdiyi xəbərdarlıqlarla müqayisədə daha yumşaq olduğuna görə Konqresdə həm Demokratlar, həm də Respublikaçılar tərəfindən tənqidlərə məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG