Accessibility links

Baydenlər Kapitoli binasına hücum nəticəsində həyatını itirən polisin anım mərasimində iştirak edib


ABŞ prezidenti Co Bayden və xanımı Cill çərşənbə axşamı gecə saatlarında keçən ay Tramp tərəfdarlarından ibarət kütlənin Kapitoli binasına basqın etdiyi zaman öldürülən polis zabiti Brayan Siknikə ehtiramlarını bildirmək üçün Kapitoliyə gedib.

Siknikin nəşi Kapitoliyə prezidentin ziyarətindən bir müddət əvvəl gətirilib. Rotonda zalının pilləkənləri ilə qaldırılarkən urnanı Kapitolinin onlarla polisi müşayiət edib.

Kapitoli polisinə mərasimdə bir gecə iştirak etmək imkanı verilib.

Konqres liderləri urnanın Kapitoliyə gətirilməsi mərasimində iştirak edib. Qanunvericilər isə Siknikə ehtiramlarını çərşənbə günü səhər Arlington Milli Qəbiristanlığında dəfn mərasimindən əvvəl bildirib.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Senatda demokrat əksəriyyətin lideri Çak Şumerin keçən həftə yanvarın 6-da göstərdiyi qəhrəmanlıqla bağlı açıqladıqları birgə bəyanatında bildirilib ki, Siknik “həyatları qurtardı, bizim demokratiyanın məbədini qorudu və konstitusiyamız qarşısındakı borcumuzdan çəkinmədiyimizi sübut etdi.“

ABŞ-ın Kapitoli polisi hücumdan sonra verdiyi açıqlamada ertəsi gün vəfat edən Siknikin “etirazçılarla fiziki toqquşmada” yaralandığını bildirib.

Siknik Kapitoli polisində 2008-ci ildən işləyirdi.

O, Kapitoli binasının Rotonda zalında fəxri mərasim keçirilən beşinci şəxsdir. Bu şərəfə insan haqları müdafiəçisi Roza Parks, tanınmış yevangelist rahib Billi Qraham, 1998-ci ildə atışma zamanı Kapitoi binasını müdafiə edən polis məmurları Yakob Çestnat və Con Gibson layıq görülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG