Accessibility links

Bayden silahlarla bağlı qanunun sərtləşdirilməsinə çağırıb


ABŞ Prezidenti Co Bayden məktəbdə 17 nəfərin ölümü ilə nəticələnən hücumun üçüncü ildönümündə silahla bağlı qanunun sərtləşdirilməsinə çağırıb.

Bazar günü Florida ştatının Parkland şəhərindəki Marcori Stonman Duqlas Liseyində 14 şagird və 3 işçinin ölümünə, 17 nəfər yaralanmasına səbəb olan kütləvi atışmanın üçüncü ildönümü idi. Bu faciə hücum zamanı sağ qalanları daha təhlükəsiz məktəblər və silahlara daha güclü nəzarət qanunları uğrunda mübarizə aparıldığı bir vaxt Amerika boyu məşhurlaşdırıb.

"Ürəklərimiz bu gün və hər gün cəmiyyətimizdəki hər kəsin yanındadır" - deyə, 2018 hücumundan xilas olan tələbələr tərəfindən yaradılan təşkilat üzvləri Twitter səhifəsində yazıb.

Bayden bazar günü yayımlanan açıqlamasında sağ qalanların və Parkland fəallarının silah qanunlarının sərtləşməsinə dair çağırışlarını təqdir edib.

Açıqlamada "Bu administrasiya bu çağırışları nəzərə almaq üçün növbəti kütləvi qırğını gözləməyəcək" deyilib.

"Bu gün Konqresi silah əldə etmək istəyən hər kəsin keçmişinin yoxlanılması da daxil edilməklə, silahlarla bağlı qanunlarda islahatlara, hücum silahlarının və yüksək tutumlu qundaqların qadağan edilməsi və bilə-bilə küçələrimizə müharibə silahları çıxaran silah istehsalçılarının toxunulmazlığının aradan qaldırılmasına çağırıram” - deyə, prezident əlavə edib.

Polis idarəsində mental problemləri və təhdidedici davranışı olmasına baxmayaraq, Parklandda 19 yaşlı Nikolas Kruzun AR-15 tipli yarı-avtomat silah ala bildiyi, tələbə və müəllimlərə atəş açdığı deyilib.

İndi 22 yaşında olan Kruz koronavirus pandemiyası səbəbindən qismən təxirə salınan məhkəməni gözləyir. Prokurorlar edam cəzası istəyib. Kruz cinayətləri etiraf edib. Vəkilləri günahını etiraf etməsi müqabilində ona ömürlük həbs cəzası tələb edib.

Silahla bağlı qanunun sərtləşdirilməsi tələbləri iki siyası partiya arasında birmənalı qəbul edilmir - Respublikaçılar silah saxlama haqlarını müdafiə edir, Demokratlar isə silaha nəzarətin artırılmasını tələb edir.

2019-cu ildə hər iki partiya silah alış-verişi zamanı silah alan şəxs haqda məlumat əldə edilməsi ilə bağlı razılığa gəlsə də, bu məsələ Respublikaçılar tərəfndən idarə olunan Senatda dalana dirənib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG