Seçkilərdə Prezident Donald Trampla mübarizə aparan ABŞ-ın keçmiş Vitse-Prezidenti Co Bayden Ağ Ev uğrunda yarışlara üç dəfə namizədliyini irəli sürsə də, bu il ilk dəfə olaraq Demokrat Partiyasının namizədi kimi çıxış edir.
Qalib gəlsə və vəzifəyə sahib olsa, Bayden ölkənin 46-cı və Ağ Evə 70 yaşında sahib olan Donald Trampı geridə qoyaraq ABŞ-ın indiyə qədər seçilmiş ən yaşlı prezidenti (78 yaşlı) olacaq.
36 il senator və 8 il Prezident Barak Obamanın hakimiyyəti dövründə vitse-prezident olan Bayden namizədliyə nominasiya uğrunda mübarizədə 20 digər Demokratı məğlub edib.
Co Bayden Kaliforniya senatoru Kamala Harrisi vitse-prezidentliyə namizəd göstərərək, prezident seçkilərində əsas partiyadan seçkidə ilk qaradərili qadını seçməklə tarixi addım atmış olub.
Harrisin seçimi eyni zamanda Baydenin Prezident Donald Trampı məğlub etməsi üçün qaradərili seçicilərin oynadığı rolu göstərir.
Daha mütərəqqi demokratların çağırdıqları hökumət tərəfindən maliyyələşdirilən universal bir plan olmadan amerikalılar üçün genişləndirilmiş sağlamlıq proqramları irəli sürən Bayden sağ-mərkəzçi kimi kampaniya aparıb.
O, inkişaf etdirilmiş ətraf mühit proqramları və Trampın bəzən uzaqlaşdırdığı ənənəvi müttəfiqləri ilə yenidən əlaqələrin normallaşdırılmasının tərəfdarıdır.
Bayden aylarla davam edən təşviqat kampaniyasında Trampın “anormal” rəhbərliyinə son qoymaq istədiyini bildirib.
Baydenin seçildiyi təqdirdə Trampın çıxdığı Paris iqlim sazişi və Tehranın nüvə silahı inkişaf etdirməsini dayandırmağa yönəlmiş nüvə razılığı kimi bir neçə beynəlxalq razılaşmaya yenidən qoşulacağı gözlənilir.
ABŞ-ı bürümüş koronavirus pandemiyası fonunda Baydenin apardığı kampaniya müasir dövrdə ABŞ prezidentliyinə namizədlərin kampaniyalarından çox fərqli olub.
Trampın koronavirusla mübarizə səylərini lağa qoyan sabiq vitse-prezident onun yoluxucu xəstəliklə mübarizədə "müharibə dövrünün prezidenti" olduğunu qeyd edib.
Lakin Bayden Trampın bu müharibədə "ağ məğlubiyyət bayrağını qaldırdığını" bildirib.
Bayden və Tramp seçkilər ərəfəsində iki dəfə debat keçiriblər.