Accessibility links

Co Baydenin bacısının SOCAR-ın maliyyələşdirdiyi Bakı səfəri qınaq obyektidir


ABŞ prezidentliyinə Demokrat namizədin bacısının "avtoritar Azərbaycan liderinin" öz imicini gücləndirmək üçün təşkil etdiyi konfransa qatılması The New York Times qəzetində dərc olunan və Co Baydenin bacısının onun siyasi karyerasının formalaşmasında oynadığı rolu barədə geniş məqalədə qeyd olunur.

Siyasət, Pul, Bacı-Qardaş: Co Bayden ilə Valeri Bayden Ouens Arasındakı Əlaqələr adlı məqalədə yazılır ki, sabiq vitse-prezidentin bacısı Valeri Bayden-Ouens 2013-cü ildə Azərbaycanda SOCAR-ın maliyyələşdirdiyi konfransda iştirak edib.

Bu, bir çoxlarının Vaşinqtonun sevmədikləri tərəfinin nümunəsidir. Ortada çoxlu pullar var idi.

Qəzetin məlumatına görə, o, 2013-cü ilin mayında Co Bayden vitse-prezident ikən Bakıda keçirilən konfransda çıxış edib. Ədliyyə Departamenti həmin konfransı sonradan “xaricdən nüfuz cəhdi” kimi qiymətləndirib.

“Aralarında xanım Ouens, bir neçə Konqres üzvü və sabiq prezident Barak Obamanın keçmiş müşavirlərinin də olduğu iştirakçılar Xəzər dənizi sahilində keçirilən toplantının Hyustonda qərargahlanan Turkuaz Şurası adlı qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunduğunu düşünürdü.”

Qəzet yazır ki, əslində bu görüş Azərbaycanın “avtoritar lideri İlham Əliyevin imicini düzəltmək səylərinin bir hissəsi olaraq” dövlətə məxsus neft şirkəti SOCAR tərəfindən malliyyələşdirilmişdi.

Azərbaycana konqresmenlərin səfərini təşkil etmiş "Turquoise Council of Americans and Eurasians" təşkilatının rəhbəri Kemal Öksüz ABŞ rəsmiləri tərəfindən həbs olunmuş, ötən il iki il şərti cəza almaqla $20,000 dollar cərimələnmişdir.
Azərbaycana konqresmenlərin səfərini təşkil etmiş "Turquoise Council of Americans and Eurasians" təşkilatının rəhbəri Kemal Öksüz ABŞ rəsmiləri tərəfindən həbs olunmuş, ötən il iki il şərti cəza almaqla $20,000 dollar cərimələnmişdir.

“Bu, bir çoxlarının Vaşinqtonun sevmədikləri tərəfinin nümunəsidir. Ortada çoxlu pullar var idi,” həmin konfransda iştirak edən St. Mary’s College Universitetinin professoru Maykl Geyn bildirib.

Məqalədə verilən məlumata görə, Konqresin etika komitəsinin apardığı araşdırma nəticəsində konfrans iştirakçılarına hədiyyələr verildiyi ortaya çıxmışdı.

Xanım Ouens həmin konfransda iki dəfə çıxış edib, The Washington Diplomat isə konfransda çıxış edən sabiq Obama administrasiya rəsmilərinə 2500 ilə 15000 dollar arasında qonorarlar ödənildiyini bildirib.

The New York Times yazır ki, Co Baydenin bacısı onun siyasi karyerasında mühüm və ayrılmaz rol oynayır.

ABŞ prezidentliyinə Demokrat namizəd Co Bayden
ABŞ prezidentliyinə Demokrat namizəd Co Bayden

Həmin məqalədə xanım Ouensin illər boyu nitq söyləmək bacarıqlarına görə şirkətlər və təşkilatlar tərəfindən tez-tez dəvətlər aldığı və onların adından qadınlara bərabər hüquqların verilməsi və bədən dili barədə çıxışlar etdiyi bildirilir.

Xanım Ouens könüllü olaraq Dövlət Departamenti və USAID-in maliyyələşdirdiyi və sabiq Konqres üzvü, habelə Çelsi Klintonun qayınanası Marcori Marqolisin idarə etdiyi Beynəxalq Qadınların Kampaniyası adlı təşkilatla birlikdə səfərlər edib.

Hazırda Valeri Bayden Ouens ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Co Baydenə seçki kampaniyasına yardım edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG