Accessibility links

Bayden xarici həmkarları ilə telefonla danışıb


Britaniyanın baş naziri Boris Conson prezident Co Baydenlə yeni ABŞ-İngiltərə ticarət müqaviləsi bağlamaq istədiyini bildirib.

Consonun bu tələbi iki lider arasında koronavirus pandemiyasına qarşı qlobal reaksiya, Bayden rəhbərliyinin bu həftə ABŞ-ın Paris iqlim razılaşmasına və Ümumdünya Səhiyyə Təşkilatına yenidən qoşulacağını elan etməsinə toxunan geniş bir zəng əsnasında səslənib.

Downing Street-dən verilən açıqlamaya görə. müttəfiqlər arasında yeni bir ticarət razılaşması Conson üçün Baydenin prioritetindən daha üstündür.

Ağ Evin mətbuat katibi Cen Psaki cümə günü administrasiyanın yeni bir ticarət sazişi bağlamaq üçün vaxtının olmadığını deyib, belə ki, Baydenin diqqəti böyük ölçüdə koronavirus pandemiyasının nəzarət altına alınmasına və Konqresin prezidentin 1,9 trilyon dollarlıq koronavirüs yardım planının təsdiqinə yönəlib.

Consonla telefon söhbəti Baydenin xarici həmkarları ilə cümə günündən bəri üçüncü danışığı olub.

Prezident cümə axşamı Kanadanın baş naziri Castin Trudo və Meksika Prezidenti Andres Manuel López Obrador ilə danışıb.

Lopez Obrador Baydenin ABŞ-ın Honduras, El Salvador və Qvatemalanın inkişafına 4 milyard dollar göndərəcəyini deyib. Obrador danışıq zamanı immiqrasiya mövzusunu və insanların köç etməsinin əsas səbəblərini həll etmək ehtiyacını müzakirə etdiklərini bildirib.

Meksika Mərkəzi Amerikadan miqrant karvanlarının ölkəsindən keçid kimi istifadə etməsi cəhdlərinin qarşısını alıb.

Baydenin Trudoya zəngi Kanada baş nazirinin Baydenin Keystone XL neft boru kəmərinin tikintisinin dayandırılması qərarından məyusluğunu dilə gətirməsindən sonraya təsadüf edib.

Uzun müddətdir mübahisəli layihənin Montana, Cənubi Dakota, Nebraska, Kanzas və Oklahomadan keçərək Alberta qatran qumlarından Texasın Körfəzi Sahilinə gündə təxminən 800.000 barel neft daşıması proqnozlaşdırılırdı.

XS
SM
MD
LG