Accessibility links

Bayden Senatda Respublikaçıların lideri ilə bir sıra məsələlərdə birgə işləməyə söz verib


ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden çərşənbə axşamı Senatda Respublikaçı əksəriyyətin lideri Mitç Makkonnellə telefon söhbəti zamanı ona bir sıra məsələlərdə fikir ayrılıqlarının olmasına baxmayaraq, birlikdə işləməli məsələlərin olduğunu dediyini bildirib.

Makkonnell çərşənbə axşamı Senatda etdiyi çıxışı zamanı Seçki Kollegiyası tərəfindən Baydenə 306-232 səs verildikdən sonra Baydeni qələbə münasibətil təbrik edib.

"Bu gündən etibarən ölkəmizin rəsmi olaraq yeni seçilmiş prezidenti və vitse-prezidenti var. Milyonlarla insan prezident seçkilərinin nəticələrinin fərqli olacağına ümid edirdi. Lakin bizim hökumət sistemimizdə yanvarın 20-də kimin and içəcəyini təyin edən proseslər var. Bunu Seçki Kollegiyası tərəfindən elan edildi” - deyə, Makkonnell bildirib.

Yenidən seçilməməsi ilə bağlı aldadıldığına dair əsassız iddialarını davam etdirən Tramp Makkonnellin Baydenin ölkənin 46-cı prezidenti olacağını qəbul etməsinə çərşənbə günü səhər Tvitter səhifəsində cavab verib.

"Mitç, 75 milyon SƏS hazırkı prezident üçün böyük bir rekorddur. Təslim olmaq üçün çox tezdir. Respublikaçılar Partiyası nəhayət mübarizə aparmağı öyrənməlidir. İnsanlar qəzəblidir” - deyə, Tramp yazıb.

Ağ Evin sözçüsü Keyli Makenani çərşənbə axşamı Makkonnellin açıqlamasına dair sualları cavabsız qoyub. O, səslərin sayılmasında pozuntularla bağlı 50-dən çox məhkəmə işini uduzmasına baxmayaraq, Trampın seçkilərin nəticələri ilə bağlı iddialarına hələ də məhkəmələrdə baxıldığını deyib. Tramp Baydenə məğlub olduğunu rədd etməkdə davam edir.

XS
SM
MD
LG