Accessibility links

Bayden Türkiyədə Suriyada vəziyyət və enerji məsələlərini müzakirə edir


Vitse-president Co Bayden və Türkiyənin Baş naziri Əhməd Davutoğlu
Vitse-president Co Bayden və Türkiyənin Baş naziri Əhməd Davutoğlu

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyə liderlərini İslam Dövləti qrupuna qarşı beynəlxalq koalisiyada daha böyük rol oynamağa inandırmaq məqsədilə Türkiyəyə üç günlük səfərini davam etdirir.

ABŞ-ın vitse-prezidenti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla və Baş naziri Əhməd Davutoğlu ilə görüşüb.

Co Bayden Türkiyə liderlərinin cihadçılara qarşı hərbi kampaniyaya qoşulmağa meylli olmaması ilə bağlı ABŞ və Türkiyədə ictimai diskussiyalardan sonra səfər edir.

Prezident Ərdoğan ABŞ-ın əsas diqqəti İslam Dövləti qrupuna qarşı mübarizə deyil, Suriya prezidenti Bəşar Əsədin hakimiyyətdən devrilməsi məsələsinə yönəltməli olduğuna israr edir.

İstanbulda enerji sammitində iştirak edən Co Bayden Avropanı Rusiyadan asılılığı azaltmaq məqsədilə enerji təchizatını diversifikasiyasına çağırıb. O deyib ki, Ukraynada enerji təchizatı ilə bağlı problemlər bunun aktuallığını bir daha vurğulayır.

Ukraynanın əsas təchizatçısı olan Rusiya iyul ayında Ukraynanın ödənməmiş borclaarına görə qaz təchizatını kəsib. Qış mövsümünün gəlməsilə enerji təchizatı məsələsinin aktuallaşması Ukraynanın şərqində ərazi mübahisəsində Rusiyanın mövqeyini daha da gücləndirir.

Co Bayden deyib ki, Rusiya Avropanın əsas təchizatçısı oalraq qalmalıdır, lakin enerjidən siyasi üstünlük qazanmaq üçün istifadə etməməlidir. ABŞ-ın vitse-prezidenti bu dinamikanın dəyişməsi üçün enerji diversifikasiyasının başlıca məsələ olduğunu vurğulayıb.

Bazar günü Vaşinqtona qayıtmazdan əvvəl vitse-prezident Bayden İstanbulda patriarx Varfolemeylə görüşəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG