Accessibility links

Rusiya ilə bağlı xəbərdarlıq Senatın Bayden üzərində təhqiqatına dair əlavə suallar yaradır


Respublikaçı senator Ron Conson kəşfiyyat agentliklərinin keçən həftə ABŞ seçkilərinə xaricdən müdaxiləsinə dair dəyərləndirilməsindən öncə də Demokratlar tərəfindən onun prezidentliyə namizəd Co Baydenin Ukrayna ilə əlaqələri ilə bağlı araşdırmasının siyasi motivlərə əsaslandığına və Rusiyanın maraqlarına xidmət etdiyinə dair tənqidlərlə üzləşmişdi.

Lakin kəşfiyyatın Rusiyanın Demokrat namizədi ləkələmək cəhdi ilə bağlı xəbərdarlığı isə Consonun Senat komitəsindəki araşdırması ilə bağlı əlavə suallara səbəb olub. Bunlara senatorun araşdırmasının birbaşa olmasa belə Rusiyanın cəhdlərini yamsılıyıb-yamsılamaması və ya Rusiya təxribatını gücləndirib-gücləndirməməsi ilə bağlı suallar daxildir.

Senator Ron Conson
Senator Ron Conson

Araşdırmalar Ukrayna məsələsinin gündəmdə olduğu impiçment araşdırmasının başa çatmasından bir neçə ay sonra, ölkə pandemiya və irqi ədalətsizlik məsələsi ilə mübarizə apardığı bir zaman aparılır. Ancaq Rusiya mətbuatının gündəmində olan və prezident Donald Tramp və digər Respublikaçıların prezidentin tərəfdarlarını hərəkətə gətirmək üçün tez-tez dilə gətirdiyi Bayden və Ukrayna ilə bağlı ittihamlar mühafizəkarlar arasında populyar mövzu olaraq qalır.

Senatın və hökumətin Daxili Təhlükəsizlik Komitəsinin rəhbəri kimi Consunun bu məsələyə şəxsi marağı prezident seçkiləri ərəfəsində narahatlıqlar doğurur. Kəşfiyyat rəsmiləri seçkinin xarici dezinformasiyaya açıq olması ilə bağlı xəbərdarlıq edir.

Co Bayden və oğlu Hanter
Co Bayden və oğlu Hanter

Kəşfiyyat agentliklərinin dəyərləndirmələri onu müdafiə mövqeyi tutmasına səbəb olub. Viskonsin ştatından olan Respublikaçı nümayəndə avqustun 10-da 5000 kəlmədən ibarət açıq məktubunda Mərkəzi Kəşfiyyat Bürosunun Rusiya eləcə də, Bayden və onun oğlu Hanterin Ukrayna ilə əlaqələri ilə bağlı araşdırmalarını nəzərdən keçirmək üçün əsaslarını sadalayıb.

Consonances çərşənbə günü verdiyi müsahibədə araşdırmasının Rusiyanın propaqandasına deyil, faktlara əsaslandığını bildirib və deyib ki, "Amerika xalqı onun araştırması və araşdırmasının ifşaedici tapıntıları ilə bağlı həqiqətləri bilməyə layiqdir." O, araşdırmasının nəticələrini noyabr seçksindən öncə hesabat şəkilində üzə çıkarmağı planlaşdırdığını bildirib.

Conson deyib ki, o, Rusiyanın müdaxilə təhlükəsinə qarşı həssas olsa da, araştırmasında hər hansı dezinformasiyanın yer almasına görə məsuliyyət daşımır və xarici propaqandanı təbliğ etdiyinə dair fikrin "tamamilə yanlış" olduğunu söyləyib.

"Mən bu hekayəni, mənə qarşı koordinasiya edilmiş hücumu tamamilə rədd edirəm. Bu gülüncdür, amma eyni zamanda çox ciddidir," o deyib.

XS
SM
MD
LG