Accessibility links

Bayden Putini Ukraynada gərginliyi azaltmağa çağırıb


ABŞ Prezident Co Bayden cümə axşamı rusiyalı həmkarı ilə 50 dəqiqəlik söhbəti zamanı "Rusiyanı Ukrayna ilə gərginliyi azaltmağa çağırıb" - deyə, Ağ Ev bildirib. Administrasiyanın yüksək səviyyəli rəsmisi əlavə edib ki, Prezident Vladimir Putin Ukrayna sərhədi boyunca toplanan on minlərlə əsgəri qüvvə ilə bağlı konkret vədlər verməyib.

Mətbuat katibi Cen Psaki bəyanatında Baydenin “Rusiya Ukraynaya müdaxilə edərsə, Birləşmiş Ştatlar, onun müttəfiqləri və tərəfdaşlarının qətiyyətlə cavab verəcəklərini açıq şəkildə bildiridiyini” deyib.

Kremlin yüksək səviyyəli rəsmisi jurnalistlərə deyib ki, telefon danışığı zamanı Bayden Putinə Rusiya Ukraynaya müdaxilə edərsə, ABŞ və müttəfiqlərinin ciddi iqtisadi sanksiyaları ilə üzləşəcəyi barədə bir daha xəbərdarlıq edib. Putin isə öz xəbərdarlığı ilə cavab verib: Belə bir addım ABŞ-Rusiya münasibətlərinin tamamilə pozulmasına səbəb ola bilər.

Ağ Evin mətbuat katibi Cen Psaki
Ağ Evin mətbuat katibi Cen Psaki

Psaki gələn ay ayrı-ayrılıqda keçiriləcək danışıqların hər üç raundunda - əvvəlcə yanvarın 10-da başlaması planlaşdırılan ikitərəfli danışıqlarda, sonra NATO-Rusiya Şurası danışıqlarında, daha sonra isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə keçiriləcək danışıqlarda hər iki ölkənin iştirak edəcəyini bildirib.

"Prezident Bayden bir daha təkrar etdi ki, bu dialoqlarda əsaslı irəliləyiş eskalasiya deyil, yalnız de-eskalasiya mühitində baş verə bilər" - Psaki bildirib.

Artıq bir neçə aydır ki, Putin Rusiya-Ukrayna sərhədi boyunca qoşun cəmləşdirir. ABŞ kəşfiyyat rəsmiləri peyk fotoşəkillərinə istinadən bölgədə 100 minə qədər əsgərin olduğunu təxmin edir. Bu arada, Ukrayna da sərhədi boyunca öz müdafiəsini gücləndirir.

Bu keçmiş sovet ölkəsi illərdir ki, ABŞ və digər Qərb dövlətlərinin üzv olduğu Şimali Atlantika Müqaviləsi Təşkilatına daxil olmaq istəyir. Lakin Rusiya bu addımın qəti şəkildə əleyhinədir.

Peyk görüntüləri - Rusiyanın hərbin qüvvələri Ukrayna sərhədi yaxınlığında
Peyk görüntüləri - Rusiyanın hərbin qüvvələri Ukrayna sərhədi yaxınlığında

Putinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Kremlin danışıqlardan razı qaldığını bildirib. O, Putinin Baydeni qarşıdakı təhlükəsizlik danışıqlarında konkret nəticələr əldə etməyə çağırdığını deyib. Rusiyanın tələblərinə NATO-nun Ukraynanın təşkilata üzvlüyünü rədd etməsi və təhlükəsizlik alyansının Mərkəzi və Şərqi Avropada mövcudluğunu azaltması daxildir. Ağ Ev rəsmiləri öz şərtlərini ictimaiyyətə açıqlamaqdan imtina edib.

Ağ Ev Rusiya Ukraynaya müdaxilə edərsə, sərt iqtisadi sanksiyalar və Ukraynaya təhlükəsizliklə bağlı dəstəyin artırılması da daxil olmaqla, “ciddi nəticələr” barədə dəfələrlə xəbərdarlıq edib.

Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü Twitter səhifəsindəABŞ dövlət katibi Antoni Blinkenin “Rusiyanın aqressiyasına qarşı [ABŞ] [Ukraynaya] tam dəstək verəcəyin vəd edib“ yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG