Accessibility links

Bayden vaksinasiyaları sürətləndirir


Prezident Co Bayden ABŞ-da hər bir yetkin insanın koronavirus əleyhinə peyvəndlə təmin ediləcəyini deyərək, mayın 1-nə təyin edildiyi möhləti daha iki həftə uzatdığını bildirib.

"Artıq qarışıq qaydalar yoxdur. Artıq qarışıq məhdudiyyətlər yoxdur" deyən Bayden Ağ Evdə mayın 19-dək qədər "18 yaş və daha yuxarı yaşda olan hər kəsə vaksin vurulacağını bildirib.

Prezidentin açıqlaması ölkədə gənclər arasında infeksiyaların artması ilə dördüncü COVID-19 yoluxmalarının artımı fonunda səsləndirilib.

"Biz finiş xəttində deyilik.Hələ çox işimiz var. Hələ də bu virusa qarşı ölüm-dirim yarışındayıq" - deyə, Bayden xəbərdarlıq edib.

ABŞ-da koronavirusla mübarizənin dalana dirəndiyi deyildiyi bir vaxt Prezident Ağ Evin 12 kilometr cənubundakı pop-peyvənd sahəsini ziyarət edib və orada vaksinasiyanın gücləndirilməsini vurğulayıb.

Son həftə ərzində ötən bir həftə ilə müqayisədə koronavirusa yoluxma halları 7% artıb. Xəstəxanalara yerləşdirilmə hallarında 3% artım müşahidə edilib. Gündəlik ölüm halları isə 800-dən aşağı olub.

İnfeksiyanın artması maska mandatının yüngülləşdirilməsi, ictimai toplantıların artması, səyahətlər ilə izah edilir.

Ağ Ev və səhiyyə rəsmiləri 13 aydır davam edən qorxu şəraitində sayıqlıq mesajını qorumağa çalışır.

"İnsanların eyni anda iki fikri yadda saxlaması asan deyil. Amma vaksinlər yaxşıdır. Onlar insanları müdafiə edir. Amma mən yenə də maska taxıb, diqqətli olacaq, sosial məsafəni qoruyacağam. Biz insanlardan bir neçə ay daha bunu etmələrini istəyirik" - deyə, Vanderbilt Tibb Universitetinin professoru, doktor Vilyam Şaffner bildirib.

Bir çox ştatla yanaşı, Virciniya ştatı da bu ayın ortalarınadək 16 və daha yuxarı yaşda insanların vaksinasiya ediləcəyini bildirib. Lakin federal hökumət işçilərinin yaşadığı şimal bölgəsində vaksin qıtlığı müşahidə edilir.

Eyni zamanda Virciniyada 1c qrupu adlandırılan ucqar bölgələrdəki insanlar (saç kəsənlər, vəkillər, mühasiblər restoran işçiləri, zibil daşıyanlar) vaksinlə təmin edilsə də, əhalinin sıx yaşadığı şimal bölgədəkilər hələ ki, vasinlə təmin edilməyib.

Ağ Evin bildirdiyinə görə, ABŞ-da 150 milyondan çox vaksin tətbiq olunub. Bu isə ümumi əhalinin beşdə biri deməkdir.

İki həftə ərzində bütün yetkinlərə ictimai sağlamlıq mərkəzlərində, apteklərdə, avtodayanacaqlarda və başqa yerlərdə peyvənd sahələri yaradılacaq.

Koronavirus ABŞ-da 555 000-dən çox insanın ölümünə səbəb olub, 30.8 milyona yaxın xəstə qeydə alınıb, Bu, bir ölkə tərəfindən göstərilən ən yüksək rəqəmdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG