Accessibility links

Bayden 1972-ci ildə avtomobil qəzasında həyatını itirən həyat yoldaşı və qızının xatirəsini yad edib


ABŞ Prezidenti Co Bayden dekabrın 18-də ilk həyat yoldaşı və qızının ölümünün 49-cu ildönümündə onların xatirələrini anıb. Bayden onların Brandywine Katolik Kilsəsindəki Müqəddəs Cozef qəbirstanlığındakı məzarlarını ziyarət edib.

Onların ölümü Baydenin 1972-ci ildə Delaverdən Senata seçilməsindən qısa müddət sonraya təsadüf etmişdi. Qəza onun şəxsiyyət və karyerasının formalaşmasında böyük rol oynayıb.

Baydenin 4 və 3 yaşındakı iki oğlu Bo və Hanter qəzada ciddi xəsarətlər almışdılar, həyat yoldaşı Neilia və 13 yaşlı qızı Naomi isə həyatlarını itirmişdi.

Bu faciə onun Senatdakı karyerasının başlanğıcına təsadüf etmiş və onun prezidentliyinin

Bayden 1977-ci ildə Cill Ceykobsla evlənib və onların Eşli adında qızları dünyaya gəlib. Hər ikisi, habelə Hanter şənbə günü onunla birlikdə kilsəni ziyarət edib. Baydenin oğlu Bo 2015-ci ildə beyin xərçəngindən həyatını itirib.

XS
SM
MD
LG