18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Dövlət Müstəqilliyi Günü dövlət bayramları sırasındadır, amma bu gün iş günüdür.
1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin (parlament) sessiyası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.
Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni, gerbi haqqında da qanunlar, ümumxalq səsverməsi ilə yeni konstitusiyası qəbul edilib.
1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv qəbul olunub.
Azərbaycanın respublika quruluşlu dövləti - Azərbaycan Xalq Cümhuriyyəti 1928-ci il mayın 28-də elan edilib və cəmi 23 ay yaşayıb. 1920-ci il aprelin 28-də kommunist Rusiyası ölkəni işğal edib.