Accessibility links

ABŞ səfirliyi Bayram Məmmədovun həbsinə münasibət bildirib


ABŞ səfirliyi
ABŞ səfirliyi

“Məhkəmənin Bayram Məmmədovu 10 il azadlıqdan məhrum etməsinə dair qərarı bizi narahat edir”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Səsinin NİDA Vətəndaş Hərəkatının fəalı Bayram Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilməsi ilə bağlı sualına cavabında bildirib.

“Amerika Birləşmiş Ştatları və Azərbaycan demokratiya və insan hüquqları sahəsində uzun müddətdir ki, birgə çalışır. Bu, bizim münasibətimizin 3 əsas tərəfindən biridir.

Vaşınqton Azərbaycanı dəfələrlə əsas azadlıqlardan yararlandıqlarına görə həbs olunan bütün şəxsləri azad etməyə çağırıb”, deyə səfirliyin cavabında deyilir.

NİDA Vətəndaş Hərəkatının fəalları Qiyas İbrahimov və Bayram Məmmədov keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG