Accessibility links

Azərbaycanda Dövlət Bayrağı Günüdür (Məhəmməd Əmin Rəsulzadənin müraciəti-audio)


Bayraq
Bayraq

9 noyabr Azərbaycanda Dövlət Bayrağı günüdür. Dövlət bayrağı günü ölkədə iş günü deyil.

Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayıb. Ölkənin bolşevik rəmzlərinə uyğunlaşdırılmış qırmızı rəngli oraq-çəkicli bayrağı qəbul edilib.

Azərbaycan bayrağı
Azərbaycan bayrağı

Azərbaycanda sovet rejimi qurulsa da üçtərngli, ay-ulduzlu bayraq unudulmayıb. Bu bayraq Azərbaycanın xarici ölkələrdəki diaspor təşkilatları, mühacirılər tərəfindən daim ucada saxlanılıb. Məhəmməd Əmin Rəsulzadə və digər cümhuriyyət qurucuları üçrəngli bayrağı dəfələrlə vəsf edib.

Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin 1953-cü il mayın 28-də Azərbaycan xalqına müraciəti Amerikanın Səsinin arxivində qorunub saxlanır.

1953-cü ilin 28 mayında Amerikanın səsi radiosu Azərbaycan Cumhuriyyətinin qurucusunun müsahibəsini yayımlayanda, artıq Rəsulzadənin özü də, onun qurduğu Demokratik Cumhuriyyət də çoxlarının zehnlərindən silinmişdi. Cümhuriyyət qurucusu bu müsahibəsində üçrəngli bayrağı başı üzərində ucaldan Azərbaycan xalqının istiblala qalib gələcəyini belə təsvir edib:

please wait

No media source currently available

0:00 0:00:00 0:00
Direct link

“1918 mayısındakı tarixi qərarları ilə azadlıq sevən birləşmiş millətlər cəbhəsində yer alan Qafqasiya millətlərinin müqəddəratları azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanınsa bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür. Amma onun ikiüzlü sistemi-stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikdə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haqqla batil, yalanla doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inliyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin əziz vətəndaşlar.

Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm: Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

Beləliklə, Azərbaycanın üçrəngli bayrağı 68 il sonra 1988-ci il meydan hərəkatı zamanı xalq tərəfindən yenidən qaldırılıb. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.

XS
SM
MD
LG