Accessibility links

Coys Skott əsərlərində sosial və siyasi ədalətsizliklərdən bəhs edir [Video]


Coys Skott əsərlərində sosial və siyasi ədalətsizliklərdən bəhs edir
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Muncuqla işləmələr əsrlər boyu davam edib. Qədim Misirdə yaxalıqlar, Efiopiyada zənbillər, qədim Amerika tayfalarında boyunbaqlar muncuqlarla işlənərdi. Hazırda bu sənətlə Merelend ştatının Baltimor şəhərində yaşayan Coys Skott özünün muncuqla işlərində üzləşdiyi sosial və siyasi ədalətsizliklərdən bəhs edir.

Coys Skott hər əsərini muncuq dənələrindən istifadə etməklə yaradır. “Mənim ilk müəllimim anam olub və mən muncuqla işləməyə təxminən 5 yaşında başlamışam. Muncuqla işi sakitləşdirici işdir.”

Coys Skotun Baltimordakı evində müxtəlif cür muncuqlarla yanaşı yaradıcılığında istifadə etdiyi metal, şüşə parçaları və düymə kimi müxtəlif əşyalar var. “Mən əsərlərimi improvizə etməklə yaradıram. Mən işlərimi eyni formada saxlamaq istəmirəm.”

Coysun hansısa əl işinə başlayarkən xüsusi bir planı olmur. O, əsərini işləyərkən improvizə edir.

Boyunbağları və divar örtükləri hazırlamaq üçün isə Coys Peyot tikişlərini yerli amerikalı hindlilərdən öyrənib. Bu divarda asılan əsərdə kölələrin azad edilməsinə yardım edən afrikalı-amerikalı Hariet Tobman təsvir olunub. “Peyot işləmələri mənim xoşuma gəlir və bu, doğrudan da böyük iş deməkdir. Bu, işlədikcə irəliləyən bir prosesdir

Coys Skotun işlərində çox zaman irqçilik və cinsi ayrı-seçkilik stereotiplərinə rast gəlmək olur. “Dünyada qəhvəyi və qaradərili insanlar dərilərini ağartmaq istəyir. Çünki onlar ağ dərinin daha gözəl göründüyünü və ya bununla iş tapmağın daha asan olduğunu deyir.”

Coysun ilhamı gəzdiyi ölkələrdən qaynaqlanır. Onun sözlərinə görə, dünya boyu etdiyi səyahətləri onu müstəmləkəçilik altında yaşayan insanların çətinlikləri barədə düşündürür. “Bu, götürdüyünüz marşrutda baş verənlərdir. Afrika, Mərkəzi və Cənubi Afrika səfərlərində gördüklərinizdir.”

Coys Skot işlərinə görə çox sayda mükafat alıb və onuin işləri Vaşinqtondakı Smitsonian müzeyi də daxil edilməklə, ölkə boyu bir çox muzeydə nümayiş etdirilib. Lakin onun görəcək hələ çox işi var.

XS
SM
MD
LG