Accessibility links

Pol Makkartni Times meydanında sürpriz konsertlə çıxış edib


Pol Makkartni ürəyi istəyən hər bir şey edə bilir. Ona görə ki, 71 yaşınadək o, hər bir rok musiqiçisindən daha yaxşı həyat yaşayıb və zəmanəmizin ən tanınmış musiqiçisidir. Və Times meydanının ortasında sürpriz konserti verməsi onun istədiyini etmək iqtidarında olduğunu bir daha sübut etdi.

Sabiq Beatle ifaçısı minlərlə nyu-yorklu qarşısında son ‘New’ adlı albomunundan üç mahnını ifa edib.

Polun ifasının şəhərdə tıxac yaratması birinci dəfə baş vermir. O, 50 il əvvəl də oğlanlardan ibarət qrupu ilə şəhərin mərkəzində tıxac yaratmışdı.

Bu yaxınlarda Pol Hollivud Bulvarının ortasında minlərlə pərəstişkarı qarşısında ifa etmişdir. Pol Makkartninin “New” adlı albomu oktyabr ayının 15-i satışa çıxıb.
XS
SM
MD
LG