Accessibility links

BMT: Belarusda dinc nümayişçilərə hədsiz güc tətbiq edilir


Birləşmiş Millətlər Təşkilatının insan hüquqları bürosu Belarus hökumətinin ölkədə yaşanan mübahisəli prezident seçkilərindən üç ay sonra dinc nümayişçilərə qarşı cəzasız qalaraq insan haqları pozuntularını davam etdirdiyini bildirib.

Belarus vətəndaşları avqustun 9-da keçirilən seçkilərində saxtakarlıq yolu ilə prezident seçilən Alexander Lukashenkoya qarşı etiraz edir. Ölkədə nümayişlər hələ də davam edir.

Rupert Kolvill
Rupert Kolvill

BMT-nin insan haqları üzrə sözçüsü Rupert Kolvill hökumətin dinc nümayişçilərə qarşı hüquq-mühafizə orqanlarının əli ilə hədsiz güc tətbiq etdiyini deyib.

“Kütləvi həbslər davam edir. Bu günə qədər paytaxt Minskdə və Belarusun digər bölgələrində 25 000-dən çox adamın nəzarətə alındığı təxmin edilir. Nəzarətə alınanların bir çoxu inzibati məsuliyyətə cəlb olunub, bəzi hallarda 15 günə qədər həbsdə qalıb. Belarus hakimiyyəti insanlara qarşı cinayət təqiblərini davam etdirir ”- deyə, o əlavə edib.

Kolvill nümayişlərdə iştirak edən ən az 127 tələbənin tədris ocaqlarından qovulduğunu söyləyib. Müxalifətə həmrəylik göstərən onlarla tibb işçisi və həkimin nəzarətə alındığını bildirib. Onun sözlərinə görə, hökumət zorakılıq və işgəncə qurbanı olduğu iddia edilən 60-a yaxın adama yardım edən bir xeyriyyə təşkilatının bank hesablarını dondurub.

Cümə axşamı günü 31 yaşlı Roman Bondarenkonun maskalı şəxslər tərəfindən hücuma məruz qaldığı və təhlükəsizlik qüvvələrinin zorakı rəftarı nəticəsində öldüyü bildirilir. Belarus səlahiyyətliləri ölüm hadisəsindəki rolunu inkar edib.

Birləşmiş Millətlər Təşkilatının insan hüquqları bürosu Belarus hakimiyyətini hadisə ilə əlaqədar hərtərəfli, müstəqil bir araşdırma aparmağa və nəticələrini açıq şəkildə paylaşmağa və cinayət törədildiyi aşkarlansa, cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılmasına çağırıb.

Prezident Lukashenko isə seçkilərin saxtalaşdırıldığınıu inkar və istefa etməkdən imtina edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG