Accessibility links

Belarus Qərbin təzyiqləri altındadır


Belarus Qərbin təzyiqləri altındadır
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Belarusun demokratik müxalifəti və bəzi Qərb hökumətləri mayın sonunda beynəlxalq təyyarənin müxalif blogeri həbs etmək üçün məcburi endirilməsindən sonra Aleksandr Lukaşenko rejiminə qarşı daha sərt sanksiyalar tələb edib. Analitiklər sərt bir cavab olmasa, dünyanın digər avtoritar hökumətlərinin də fərqli düşünənləri həbs etmək üçün eyni taktikaya müraciət edə biləcəyini barədə xəbərdar edib.

Mülki Ryanair təyyarəsini müxalif bloger Roman Protaseviçi həbs etmək üçün Belarusda enməyə məcbur etməklə, ölkənin güclü adamı Aleksandr Lukaşenkoya qarşı Avropada və Atlantik okeanı hökumətlərinin qəzəbinə səbəb olub. Avropa və Amerika rəsmiləri, habelə millət vəkilləri bu addımı təyyarə qaçırma kimi qiymətləndirb.

Maykl Makkaul Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin yüksək səviyyəli Respublikaçı üzvüdür.

“Baş verənlər sadəcə mənəvi bir qəzəbdir. Onun dövlətin təyyarə qaçırmasına sponsorluq etməsi özünü yaxşı tərəfdən göstərməməsidir. Bu, müttəfiqlərin, NATO müttəfiqlərimizin diqqətini ona yönəltməsinə səbəb olub. Əlavə sanksiyalarımız ola bilər. Yəni o, daha artıq təzyiqə məruz qalır”

Hadisə həm Belarusda, həm də xaricdə yaşayan demokratik fəalların da narahatlığına səbəb olub.

“Düzü, qorxuram. Bir neçə dəfə hiss etdim ki, kimsə məni izləyir, hətta burada Vilnüsdə” - deyə müxalifət lideri Svetlana Tixanovskayanın məsləhətçisi Franak Viaçorka bildirib.

Analitiklər deyirlər ki, qorxu yaratmaq Belarus liderinin istədiyi şeydir.

"Düşünürəm ki, qorxu yaratmaqla onlar qorxun ki, siz də Protaseviçlə eyni vəziyyətdə ola bilərsiniz demək istəyir" , Florida Beynəlxalq Universitetinin əməkdaşı David Kramer deyib.

Lukaşenkonu cəzalandırmaq üçün Avropa Belarusla hava əlaqələrini kəsib və ABŞ Belarus rejiminin əsas üzvlərinə sanksiya tətbiq etməklə yanaşı, 9 Belarus dövlət müəssisəsinə qarşı "tam bloklayıcı" iqtisadi tədbirləri yenidən həyata keçirəcəyini bəyan edib.

Ancaq bəziləri daha çox iş görülə bilər - deyə, düşünür.

“Buna daha güclü bir cavab verməliyik, çünki Lukaşenko da, Putin də, Şii də bunu izləyir”, Kramer əlavə edib.

Lukaşenko əvvəllər də Qərbin sanksiyalarına məruz qalmışdı. Demokratik fəallara görə, indi lazım olan ölkənin ən gəlirli sahələrinə zərbə vurmaqdır.

"Rejimi dəstəkləyən, rejimə imkan verən üç sektor var: neft-kimya, ağac və polad" - deyə, Viaçorka bildirib.

Lukaşenkonun ən yaxın müttəfiqi, Vladimir Putin Qərbi riyakarlıqda günahlandıraraq, Belarusa maliyyə dəstəyi təklif etməyə tələsib.

"Boliviya Prezidentinin təyyarəsini yerə endirdikləri bir vaxt var idi, Prezidenti təyyarədən çıxarmışdılar. Heç bir şey, sadəcə sükut"

ABŞ qanunvericiləri Ryanair hadisəsində Putinin əli olduğuna şübhə etmir.

"Ümid edirəm ki, xarici siyasət narahatlıqlarını artıran məsələ Prezident Baydenin Putinlə görüşündə qaldırılacaq" - deyə, Respublikaçı qanunverici Maykl Makkaul bildirib.

Bayden-Putin ikitərəfli görüş iyunun 16-da Cenevrədə baş tutmalıdır.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG