Accessibility links

Culi Fişer: ABŞ və Aİ Belarusa "tezliklə" daha çox sanksiya tətbiq edəcək


Birləşmiş Ştatlar və Avropa İttifaqı “tezliklə” Aİ ilə sərhədində miqrant böhranı yaratdığına görə Belarusa daha çox iqtisadi sanksiya tətbiq edəcək. Bunu ABŞ diplomatı bildirib.

ABŞ-ın Belarus üzrə xüsusi nümayəndəsi Culi Fişer noyabrın 22-də Vilson Mərkəzində keçirilən konfransında deyib ki, avtoritar lider Aleksandr Lukaşenko Yaxın Şərqdən minlərlə miqrantın Aİ ilə Belarus sərhədi arasında ilişib qalmasına səbəb olan böhrana görə “tam məsuliyyət daşıyır” və bununla bağlı tədbir görülməlidir.

“Birləşmiş Ştatlar və Aİ hər ikisi aydın şəkildə bildiriblər ki, tezliklə daha çox sanksiya təzyiqi olacaq” - deyə, o bildirib.

Birləşmiş Ştatlar və Aİ Lukaşenkonu keçənilki prezident seçkilərindən sonra Belarus müxalifətinə qarşı amansız repressiyaya görə hökumətinə qarşı tətbiq edilən sanksiyalara cavab olaraq miqrantları blokun sərhədlərindən keçməkdə günahlandırır.

Avropa İttifaqının Belarusdakı nümayəndə heyətinin rəhbəri Dirk Şubel konfransda bildirib ki, miqrantlarla bağlı vəziyyət “çox narahatedici olaraq qalır və Minsk gərginliyi artırmaqda davam edir”.

Onun sözlərinə görə, Aİ sanksiyaların növbəti raundu ilə bağlı ABŞ-la koordinasiyalı şəkildə çalışır.

Aİ rəsmilərinin bildirdiyinə görə, blok dekabrın 2-dək Belarusa qarşı iqtisadi cəzaların beşinci mərhələsini elan edəcək. Bu sanksiyaların 30-a yaxınının fiziki şəxsləri və təsisatları hədəf alacağı gözlənilir.

Fişer ABŞ sanksiyalarının həmin gün elan edilib-edilməyəcəyini açıqlamayıb.

Fisher və Şubel ABŞ və Aİ sanksiyalarının Belarusa təsir etmədiyi fikri ilə razılaşmır.

Şubel həmin konfransda Belarus rəsmilərinin və şirkət nümayəndələrinin Aİ cəzalarının tətbiqinə qarşı mübarizə apardıqlarını, onun dediyinə görə, bu, sanksiyaların işə yaradığına işarədir.

Fişer bildirib ki, ABŞ-ın avqust ayında elan etdiyi sanksiyaların sonuncu raundu Belarusa qarşı bu günə qədərki ən sərt sanksiyalar olub, lakin onun bütün müddəaları hələ qüvvəyə minməyib.

Şərhlər miqrant böhranının noyabrın 22-də davam etdiyi bir vaxtda Belarus sərhədlərində gərginliyin artması fonunda verilib.

Belarusun avtoritar rəhbərinin Avropa rəsmilərini problemin həllində Minsklə əlaqə saxlamamaqda və bunun silahlı münaqişəyə səbəb ola biləcəyinə dair xəbərdarlığından sonra Almaniya Lukaşenkonun hazırda keçmiş Sovet respublikasında olan 2000-ə yaxın miqrantı qəbul etmək təklifini yenidən rədd edib.

Almaniya hökumətinin sözçüsü Lukaşenkonun Berlinin Aİ-nin şərq istiqamətində Belarus sərhədində, eləcə də ölkənin digər bölgələrində ilişib qalan minlərlə miqrant arasında olan 2000-ə yaxın adamı qəbul etməkdə “istəksizliyi” ilə bağlı tənqidini rədd edib.

Almaniya hökumətinin sözçüsü Berlinin ötən həftə oxşar təkliflə bağlı artıq bəyan edilmiş mövqeyini təkrarlayaraq, "2000 miqrant üçün Almaniyaya humanitar dəhliz yaradılması ideyası Almaniya və ya Aİ üçün məqbul bir həll deyil" deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG