Accessibility links

Belarusa qarşı sanksiyalar dayandırılıb


Avropa İttifaqı bazar günü avtoritar prezident Aleksandr Likaşenkonun qələbəsi ilə nəticələnən seçkilərdən sonra Belarusa qarşı sanksiyaların dayandırılması haqda qərar verib.

Fransanın Avropa ilə Əlaqələr naziri Harlem Desir deyib ki, qərar tanınmış altı siyasi məhbusun azad edilməsi və seçkilərin sakit atmosferdə keçirilməsindən sonra verilib. O,müşahidəçilərin yekun nəticələrlə çıxış etməsinin gözlənildiyini bildirib.

Avropa İttifaqının qərarı prezident Likaşenkonun prezidentliyə namizəd Nikolay Statkeçiv də daxil edilməklə, 6 dissidentin azalığa buraxılması göstərişindən bir neçə həftə sonraya təsadüf edir. Statkeçiv 2010-cu ildə Likaşenkonun 4-cü dəfə prezident seçilməsindən dərhal sonra həbs edilmişdi.

Lukaşenko seçkilərdə 84 faiz səs toplamaqla 5-ci dəfə Belarusun dövlət başçısı seçilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG