Accessibility links

Svetlana Tixanovskayanın adı dövlətlərarası axtarış siyahısına salınıb


Belarus prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın adını konstitusiya quruluşunu devirmək çağırışları maddəsi ilə dövlətlərarası axtarış siyahısına salıb. RİA Novosti agentliyi Rusiya Daxili İşlər Nazirliyinin müvafiq tələbə cavab verdiyini bildirib.

"Dövlətlərarası Məlumat Bankının axtarış qeydlərində 361-ci maddənin 3-cü hissəsinə əsasən cinayət törətdiyinə görə Belarus Daxili İşlər Nazirliyinin dövlətlərarası axtarış siyahısına salınmış Tixanovskaya S.Q. haqqında məlumatlar var. Bu, "Belarus Respublikasının konstitusiya quruluşunu devirməyə və ya dəyişdirməyə çağırmaq və ya dövlətə qarşı cinayətlər törətməkdir " - deyə, RİA Novosti agentliyi Rusiya Daxili İşlər Nazirliyinin cavabından sitat gətirib.

Rusiyanın Daxili İşlər Nazirliyi oktyabrın 7-də Svetlana Tixanovskaya barədə axtarış elan edib. Rusiya hüquq-mühafizə orqanlarının Tixanovskaya qarşı heç bir cinayət işi başlatmadığını və axtarış siyahısına başqa bir dövlətin, çox güman ki, Belarusun təşəbbüsü ilə salındığını bildirib.

Daha sonra Belarus Daxili İşlər Nazirliyi Tixanovskayanın dövlətlərarası axtarışa verildiyini təsdiqləsə də, əlavə məlumat verməyib.

Oktyabrın 13-də Svetlana Tixanovskaya Aleksandr Lukaşenkoya "ultimatum" elan edib. "Oktyabrın 25-nə qədər istefa verməlisən. Tələblər bu tarixdən əvvəl yerinə yetirilmədiyi halda bütün ölkə dinc yolla küçələrə çıxacaq" - deyə, ultimatumda bildirilib və oktyabrın 26-da bütün müəssisələr milli tətilə başlayacağı, bütün yolların bağlanacağı və dövlət mağazalarında satışların çökəcəyinə diqqət çəkib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG