Accessibility links

Belarusda etirazlar davam edir


Belarus müxalifət tərəfdarları paytaxt Minskdə nümayiş keçirir, 30 avqust, 2020.
Belarus müxalifət tərəfdarları paytaxt Minskdə nümayiş keçirir, 30 avqust, 2020.

Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə ad günündə telefon söhbətində onu Moskvaya dəvət edib. Bununla Kreml Lukaşenkonun istefasını tələb edən minlərlə nümayişçinin Minsk şəhərinin mərkəzində toplaşdığı zaman ona dəstəyini nümayiş etdirib.

Bazar günü 66 yaşı tamam olan prezident Lukaşenko avqustun 9-da opponentlərinin fikrincə saxtalaşıdırılan seçkilərdən sonra başlayan etirazlar və tətillərin qarşısını almağa çalışır. Lukaşenko seçkilərin saxtalaşdırıldığını inkar edir və etirazların xaricdən dəstəkləndiyini iddia edir.

"Yaxın həftələrdə Moskvada görüş keçirilməsi barədə razılıq əldə edilib", Kremlin iki lider arasında telefon söhbətindən sonra verdiyi açıqlamada bildirib.

Belarus postsovet məkanında Rusiyanın ən yaxın müttəfiqidir və ölkə ərazisi Moskvanın Avropa müdafiə strategiyasının tərkib hissəsidir. Bununla belə, Lukaşenko Moskvada çətin müttəfiq hesab edilir.

Putin cümə axşamı günü Rusiyanın Lukaşenkoya dəstək vermək üçün müdaxiləyə hazırlığına işarə edən müsahibəsində Belarus liderinin xahişi ilə Moskvanın "hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət rezerv" yaratdığını bildirib və bunun yalnız lazım olduqda istifadə olunacağını qeyd edib.

Bazar günü Minskdə “Yaşasın Belarus” şüarı səsləndirən minlərlə insan etiraz nümayişinin keçiriləcəyini gözləyən polis tərəfindən əhatə olunmuş Müstəqillik Meydanına yürüş edib.

Azadlıq Radiosunun verdiyi məlumata görə, aksiyanın keçiriləcəyi yerə xüsusi texnika gətirilib, metal sədlər quraşdırılıb və tikanlı məftillər çəkilib. Belarus paytaxtının mərkəzində bir neçə metro stansiyası bağlanıb.

Xüsusi təyinatlı polis dəstələri nümayişçilərdən ibarət qrupu dağıtmağa çalışıb, lakin insanlar onlar getdikdən sonra hərəkət etməyə davam edib. Nümayişçilərin çevik qüvvələrin maşınlarının yolunu bağladığı bildirilir.

Nümayişçilərin belə görünür, mülki geyimdə olan şəxsər tərəfindən həyata keçirilən həbslərə müqavimət göstərdiyi deyilir.

Rusiya mediası Belarus Daxili İşlər Nazirliyinə istinadən 125 nəfərin həbs edildiyi haqda məlumat verib.

Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Lukaşenko cümə günü cavab olaraq ölkəsi ilə Avropanın tranzit yollarını kəsməklə hədələyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG