Belçika həmkarlar ittifaqı hökümətin sərt iqtisadi siyasətinə etiraz olaraq ölkədəki bütün işçiləri ölkə üzrə bir gün davam edəcək tətildə iştirak etməyə çağırıb.
Aksiya bazar günü hava limanları və qatar stansiyalarında başlayıb. Tətilin iştirakçıları avtobus və metro xidmətlərini dayandırmaqla hədələyiblər. Aksiya məktəblərə, ticarət müəssisələrinə, fabriklər və dövlət idarələrinə sirayət edib.
“Biz burada həmrəylik nümayişi olaraq hökümətin Belçikanın dəmiryolu şirkətinin iqtisadiyyatına qarşı gördüyü tədbirləri qınamaq üçün toplaşmışıq. Hökümətin sərt iqtisadi tədbirləri ölkə iqtisadiyyatına 2 milyard avro zərər gətirəcək. Və biz bu siyasəti qınayırıq, çünki bizim dəmiryolu şirkətimiz (SNCB) bu borca, bu iqtisadiyyata tab gətirməyəcək.”
Brüssel aeroprtunun mətbuat katibi Florens Muls bildirib ki, aksiya nəticəsində 600 uçuş təxirə salınıb, və 50 min sərnişinin planları dəyişib.
İşçilər ölkənin yeni mərkəz-sağ hökümətinin pensiya yaşını 65-dən 67-yə qaldırmaq, maaşları dondurmaq və ictimai xidmətləri azaltmaq planlarına etiraz edirlər.
Hökümət bildirib ki, onlar büdcə kəsirini Avropa Birliyinin tələbinə uyğun səviyyədə saxlamaq üçün sərt iqtisadi siyasət yürütməlidirlər. Hökümət həmçinin bildiirb ki, bizneslərin dünya bazarında rəqabət apara bilməsi üçün vergilər azaldılmalıdır.
Həmkarlar ittifaqları hökümətinin planlarına etiraz edirlər və bildirilər ki, bu planlar Belçikanın sosial rifahına xələl gətirir.
Tətil askiyaları ötən aydan bəri Brüsseldə davam edir və aksiyaya artıq 100 mindən artıq işçi qoşulub.