Accessibility links

Brüssel hücumlarında şübhəli bilinən üçüncü şəxs həbs edilib


Şənbə günü Belçikanın federal prokuroru bildirib ki, Paris hücumlarında şübhəli bilinən Məhəmməd Abrini martın 22-də Brüsselin Zaventem hava limanında digər iki intiharçının yanında görüntülənən “papaqlı şəxs” olduğunu etiraf edib.

Cümə günü keçirilən bir sıra reydlər zamanı Belçika polisi 5 nəfəri həbs edib. Onların arasında Mərakeş əsilli 31 yaşlı Belçika vətəndaşı Abrini daxildir ki, onun Brüssel və Paris hücumlarında əli olduğu ehtimal edilir.

Şənbə günü Belçika prokurorları ötən ay Brüseldə 32 nəfərin ölümü, bir çoxlarının isə yaralanmasına səbəb olan hücumlara bağlı daha dörd şübhəli şəxsə qarşı ittihamlar irəli sürüb.

Məhəmməd Abrini, Osama K., Herve B.M. və Bilal E. M. olduqları müəyyən edilən həbs olan şübhəlilərə qarşı martın 22-də Brüssledə metro stansiyası və hava limanında baş verən hücumlarda “terrorçu cinayətləri” və “ terrorçu qrup fəaliyyətində” iştirak etmək ittihamları irəli sürülüb, deyə prokurorluq rəsmilərinin bəyanatında bildirilir.

Daha öncə isə şənbə günü Belçika rəsmiləri Brüssel hücumuna bağlı altıncı şəxsin saxlanıldığını təsdiq ediblər, ancaq heç bir əlavə məlumat paylaşmayıblar.

Şənbə günü polis Brüsselin mərkəzi Etterbeek məhəlləsində reyd keçirib, amma reyd zamanı heç kim həbs edilməyib.

Prokurorluğun bəyanatında həmçinin bildirilir ki, bu həftə həbs olunan digər iki şübhəli şəxs hərtərəfli dindirildikdən sonra sərbəst buraxılıb.

Noyabrın 13-də Parisdə, daha sonra isə martda Brüsseldə baş verən bomba hücumları ilə əlaqədər olaraq bir sıra şübhəlinin həbs olunmasına baxmayaraq, Belçika paytaxtında digər mümkün hücum ehtimalı qalmağa davam edir.

XS
SM
MD
LG