Accessibility links

Beynəlxalq ictimaiyyət Brüssel hücumlarını qınayır


Brüssel hadisələri dünya liderlərinin tənqidi ilə qarşılanıb.

Avropa Şurası prezidenti Donald Task hücumlardan dəhşətə gəldiyini bildirərək, qurumun dəstəyini təklif edib. O deyib ki, hücumlar terrorçuların nifrət və təxribat əməllərinin daha bir göstəricisidir.

Hücumlar terrorçuların nifrət və təxribat əməllərinin daha bir göstəricisidir

Avropa İttifaqının xarici siyasət şəbəsinin rəhbəri Federika Megerini İordaniyada keçirdiyi mətbuat konfransını yarımçıq qoyub.

Fransa prezidenti Fransua Olland deyib ki, terror aksiyaları Brüsseli hədəf alsa da, bütöv Avropaya zərbə dəyib.

Böyük Britaniyanın baş naziri Devid Kameron hücumları kəskin qınayaraq, terrorçuların zəfərinə yol verilməyəcəyi barədə xəbərdarlıq edib.

Rusiyanın xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin ikili standartlarının terror hücumlarına zəmin yaratdığını və NATO ilə Rusiya arasında dondurulan diplomatik münasibətlərin terrorizmlə mübarizə səylərini səngitdiyini bildirib.

Fransa daxili işlər naziri Bernard Kazinöv deyir ki, paytaxt Brüsseli şoka salan ardıcıl terror hücumlarından sonra ölkə təhlükəsizlik qüvvələrini səfərbər edib.

Kazinövün sözlərinə görə, keçən il Paris hücumlarından sonra Belçikanın sərhəd məntəqələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Onun sözlərinə görə, terror şübhəlisi Salah Abdeslamın keçən həftə həbs edilməsindən sonra həyəcan təbili çalınmışdı.

"Salah Abdeslamın keçən cümə günü həbsindən və İnterpolun sərhəd keçid təhlükələrinin qarşısınnı alınmasına dair səylərinin gücləndirilməsindən sonra mən by hadisələrin olma ehtimallarına işarə etmişdim. Bu səhər Brüsseldə baş vermiş hücumların ardınca qərar verdim ki, ərazinin müxtəlif bölgələrinə 1600 əlavə polis qüvvəsi cəlb edək".

Terrorçuların zəfərinə yol verilməyəcək

Kazinövün sözlərinə görə, əlavə təhlükəsizlik personalı hava limanları və dəmir yolu platformalarına, ictimai yerlərə və Brüssel, eləcə də region boyu başqa bir çox bölgəyə yerləşdirilib.

Belçika prokurorluğu Brüssel hava limanındakı partlayışın ən azı birini intiharçının həyata keçirildiyini bildirib. Yerli medianın verdiyi məlumata görə, partlayışlardan öncə hava limanında ərəb dilində qışqırtılar eşidilib.

XS
SM
MD
LG