Accessibility links

Brusseldə terror hücumu planlaşdırmaqda şübhələnilən 2 nəfər həbs edilib


Belçika dövlət ittihamçılarının bildirdiyinə görə polis Brusseldə bayram günü terror aktı həyata keçirmək istəyən iki şəxsi həbs edib.

Onlar bildirib ki, təhqiqatçılar Yeni Il axşamı şəhərin mərkəzI yerlərində terror hücumlarının həyata keçirilə biləcəyi ilə bağlı dəlillər əldə edib.

İttihamçıların ofisinin yayımladığı məlumatda hədəflər barədə təfsilatlı məlumat verilməyib. Brussel paytaxt olmaqla yanaşı Avropa Komissiyası, NATO və BMT-nin bəzi agentlərinin baş qərargahı burada yerləşir.

İttihamçılar cinayət işinin noyabrın 13-də Parisdə baş vermiş terror aktları ilə əlaqəsi olmadığını deyib. 130 insanın ölümünə səbəb olmuş terror hücumlarında şübhəli bilinənən bəiz şəxslər, o cümlədən qrupun başçısının Belçika ilə əlaqələri olduğu müəyyən edilib.

Polis hələ də hücumlarda birbaşa əli olan Brussel sakini Salah Abdsalamın axtarır.

XS
SM
MD
LG