Accessibility links

Belçikada terror təhlükəsinə dair xəbərdarlıq ən yüksək səviyyəyə qaldırılıb


Belçikada terror təhlükəsinə dair xəbərdarlıq ən yüksək səviyyəyə qaldırılıb. Buna səbəb Parisdə 130 adamın ölümü ilə nəticələnən terror aksiyalarına bənzər hücumlar barədə təhdidlər olub.

Baş nazir Çarlz Mişel bildirib ki, hücum risklərinə dair inandırıcı məlumat əldə edildikdən sonra xəbərdarlıq 4-cü kateqoriyaya qaldırılıb.

Baş nazir mətbuat konfransında bir neçə silahlı şəxsin müxtəlif yerlərdə hücuma keçəcəyi ehtimalı olduğunu bildirib..

Vətəndaşlara konsertlər, ticarət mərkəzləri, nəqliyyat şəbəkələri kimi izdihamlı yerlərdən uzaq durmaq tövsiyə edilir.

Hədələrə görə Brüsselin metro şəbəkəsi bağlanıb.

XS
SM
MD
LG