Accessibility links

Belçika təhlükəsizlik xidməti tənqidlərə məruz qalıb [Video]


Belçika təhlükəsizlik xidməti tənqidlərə məruz qalır
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Brüsseldə terror hücumlarında günahkar bilinən şəxsin axtarışları davam etdiyi bir vaxt Belçika üzərinda artan tənqidlər ölkənin daxili işlər nazirinin istefasını təqdim etməsi ilə nəticələnib.

Can Cambon: “Əgər siz hər şeyi sıraya qoysanız, siz ədliyyə departamenti, baş verən dəyişikliklər və həmçinin polislə bağlı meydana ciddi suallar çıxır.”

Tənqidlər hər yerdən gəlir. Türkiyə prezidenti bildirib ki, intiharçı hücumçulardan biri Belçika rəsmilərinin nəzarəti altında olmalıydı.

Rəcəp Tayyip Ərdoğan: “Biz Belçika səfirliyini iyul ayının 14-ü 2015-cil ildə deportasiya etdiyimiz şəxs barədə diplomatik nota ilə məlumatlandırdıq. Belçika rəsmiləri isə onu sərbəst buraxdı.”

Bəzi ABŞ rəsmiləri də Belçikanı tənqid edənlər arasında olub. Lakin onları narahat edən Belçika və digər Avropa ölkələrində olan çatışmazlıqların yeni olmamasıdır. 2004 və 2005-ci illərdə Madrid və Londonda baş verən terror hücumlarından bəri çatışmazlıqlar qalmaqdadır.

Frans Timmermans: “Biz masa üzərinə qoyduğumuz, terroristlərin kredit kartdan istifadə edə bilməmələri, silahların harda olduğunu bilmək üçün onları izləmək kimi təqdim etdiyimiz təklifləri sürətləndirməliyik.”

Ümid edilir ki, yeni təyin olunmuş Avropa Terrorizmlə Mübarizə Mərkəzi bu problemə kömək edəcək. Lakin hazırki və sabiq terrorizmlə mübarizə rəsmiləri deyir ki, həyəcan siqnalı gec çalınıb.

Maykl Hayden: “Məlumatların bölüşülməsi məsələsinə gəldikdə bizim Avropalı dostlarımızın çox azı buna əməl edir.”

Avropa təhlükəsizlik agentliklərinin gücləndirilməsi haqda da bəzi narahatlıqlar var. Əmin olmaq lazımdır ki, məlumatları vaxtında əldə etmək üçün onların hüquqi və texniki cəhətdən problemləri yoxdur.

Maykl Hayden: “Mən təxmin edirəm ki, bu Avropada böyük stressə səbəb olacaq. Onlar anlamağa başlayıblar ki, sağ qalmaq hüququ və vətəndaşların özəl həyat hüququ arasında balansı ölçə bilməlidirlər.”

ABŞ rəsmilərindən biri bunu belə ifadə edib: “İslam Dövləti qrupu kibriti yandıraraq təhlükəsizlik agentliklərini alova qarşı mübarizəyə məcbur edib.”

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG