Accessibility links

İran belçikalı humanitar yardım işçisini 28 il həbs cəzasına məhkum edib


Belçikanın ədliyyə naziri Vincent Van Kuikenborn
Belçikanın ədliyyə naziri Vincent Van Kuikenborn

Belçikanın ədliyyə naziri çərşənbə günü belçikalı yardım işçisi Olivier Vandekastilin İranda "uydurma cinayətlərə" görə 28 il həbs cəzasına məhkum edildiyini bildirib. O, Vandekastilin azad edilməsi üçün hökumətin əlindən gələni etdiyini deyib.

Belçikanın ədliyyə naziri Vincent Van Kuikenborn Belçika parlamentində bildirib ki, Vandekastil keçən il Belçikanın iranlı diplomata verdiyi həbs cəzasına görə saxlanıb.

"Bu, fevral ayında günahsız yerə həbs edilmiş və o vaxtdan bəri qeyri-insani şəraitdə saxlanılan həmyerlimizdir" - deyə, nazir bildirib.

Belçika 41 yaşlı Vandekastilin saxlanması üçün heç bir əsas olmadığını dəfələrlə bildirib.

İran Xarici İşlər Nazirliyi şərh verməkdən imtina edib.

Ailənin sözçüsü Olivier Van Şteyrtegem Belçikanın "Het Nieuwsblad" qəzetinə verdiyi müsahibəsində "Bu, Olivier və onun ailəsi üçün biabırçılıq və faciədir. O, günahsızdır və kölgəli beynəlxalq oyunun qurbanıdır" deyib.

Keçən həftə Belçikanın Konstitusiya Məhkəməsi İran və Belçika arasında məhbusların mübadiləsini mümkün edən razılaşmanı dayandırıb. Lakin Van Kuikenborn müqavilənin qanuni olaraq hələ də Vandenkastil üçün aktual ola biləcəyini deyib.

Bu razılaşma onun ailəsi tərəfindən yeganə ümid kimi görünürdü. Belçika mətbuatı onun Belçikada terrorizmə cəhddə günahkar bilinərək, 20 il həbs cəzasına məhkum edilmiş iranlı Əsədulla Əsədi ilə dəyişdirilə biləcəyini guman edirdi.

Van Quikenborn deyib ki, Vandekastiliyə çıxarılan hökm İranın Avstriyanın paytaxtı Vyanadakı səfirliyində diplomat kimi çalışmış Əsədiyə qarşı hökmlə birbaşa bağlıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG