Accessibility links

Belqorod vilayətində atışma nəticəsində 5 nəfər həyatını itirib


Martın 19-da səhər saatlarında Belqorod vilayətinin Razumnoye kəndi atəşə tutulub, regional hakimiyyət iki yeniyetmə də daxil olmaqla, dörd qurbanın olduğunu bildirib.

Belqorod vilayətində raket hücumu siqnalı Moskva vaxtı ilə saat 10:34-də səslənib, 20 dəqiqə sonra həyəcan siqnalı dayandırılıb.

Rusiya Müdafiə Nazirliyi Rusiya hava hücumundan müdafiə qüvvələrinin Belqorod vilayəti üzərində səmada doqquz RM-70 Vampire MLRS mərmisini məhv etdiyini bildirib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, atışma zamanı 14 yaşlı qız ağır yaralanıb.

Onun sözlərinə görə, 14 yaşlı yeniyetmə döş qəfəsi nahiyəsində qəlpə yaraları, anası isə boyun, qarın boşluğu və aşağı ətraf nahiyəsindən qəlpə yaraları alıb. “Hər ikisinin vəziyyəti ağırdır. Həmçinin bir qadın da kənddə yaralanıb. Hücum zamanı o, küçədə olub, yuxarı və aşağı ətraflarında qəlpə yaraları var” – deyə, o bildirib.

Daha sonra 15 yaşlı Razumnı sakininin bədəninin yuxarı və aşağı hissəsində çoxsaylı qəlpə yaraları aldığı məlum olub. O, xəstəxanaya yerləşdirilib.

Atışma zamanı, Qladkovun qeyd etdiyi kimi, Razumnoye kəndində 13 fərdi yaşayış evinə və səkkiz yaşayış binasına, eləcə də 19 avtomobilə ziyan dəyib, onlardan üçü yanıb.

Yerli teleqram kanallarıınn Razumnoye kəndində yaydığı dağıntıların videolarında yanan evlər və maşınlar göstərilir.

Hadisənin şahidlərinin sözlərinə görə, mərmilər yerli məktəb və uşaq meydançasının yaxınlığında düşsə də, xəsarət alan olmayıb.

Ukrayna hakimiyyəti hələlik Belqorod vilayətinin atəşə tutulmasına münasibət bildirməyib.

Belqorod vilayətinin bir həftə ərzində (12-18 mart) atəşə tutulması nəticəsində 16 nəfər həlak olub. Regional Səhiyyə Nazirliyinin məlumatına görə, 98 nəfər xəsarət alıb, 10 nəfərin vəziyyəti ağırdır.

Qladkov həmçinin bildirib ki, atəşə məruz qalma təhlükəsi ilə əlaqədar Belqorod, Şebekinski, Belqorod və Qrayvoronski rayonlarından doqquz minə yaxın uşağın təxliyəsi planlaşdırılır. İlk 1200 uşaq martın 22-də yola düşəcək, onlar Penza, Kaluqa və Tambov düşərgələrində yerləşdiriləcək.

Forum

XS
SM
MD
LG