Accessibility links

Ben Aflek Batman rolunda çəkiləcək


Ben Aflekin "Zülmət Cəngavəri" rolunda çıxış edəcəyi haqda xəbər pərəstişkarlarının ürəyincə olmayıb.

O, artıq böyüdüyünü və Oskar təhqirinə dözübsə, hər şeyə qadir olduğunu deyib.

Amma studiya əhli onun bu qərarına görə ictimayyətin mənfi reaksiyasına məruz qalacağına görə bir müddət İnternetdən uzaq qalması barədə xəbərdarlıq verib.

Aflek bu məsləhətə qulaq asmayıb və az sonra qəzetlərdən birində onun Batman obrazını yaradacağı xəbərinə “ola bilməz” şərhi çıxdıqda Aflek pərəstişkarlarının mövqeyinin şahidi olub.

Amma Aflek yeni Batman qərarının düzgün qərar olduğunda, pərəstişkarları və bu qərara skeptik yanaşanlara səhv etdiklərini sübut edəcəyinə əmindir.
XS
SM
MD
LG