Accessibility links

Ben Karson müsəlmanlarla bağlı mövqeyini müdafiə edir [Video]


Ben Karson müsəlmanlarla bağlı mövqeyini müdafiə edir
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Ben Karson müsəlmanlarla bağlı mövqeyini müdafiə edir

Bazar günü Ben Karson heç bir müsəlmanın Birləşmiş Ştatları idarə etməsindən yana olmayacağını açıqlayıb. Onun bu sözləri Trampdan sonra ona da problem yaradıb

İlk öncə Donald Tramp indi isə Ben Karson Birləşmiş Ştatlardakı müsəlmanlarla bağlı bəyanatlarına görə tənqid olunublar. Respublikaçılar tərəfindən prezidentliyə hər iki namizəd İslam tərəfdaşlarına şübhə ilə yanaşan və müsəlmanların terrorçuları qoruduğunu düşünən seçicilərin dəstəyini toplamağa çalışırlar. Bazar günü Ben Karson heç bir müsəlmanın Birləşmiş Ştatları idarə etməsindən yana olmayacağını açıqlayıb. Onun bu sözləri Trampdan sonra ona da problem yaradıb. Tramp isə daha öncə müsəlmanları təhqir edən dəstəkçisini töhmətləndirmədiyi üçün tənqid atəşinə tutulub.

Mən bizim teokratiya olmağımızı istəmirəm. Bunu da nəzərə almaq lazımdır ki, bizim konstitusiyamız və ənənələrimiz yəhudi-xristian ənənələrinə əsaslanır
Ben Karson

Çərşənbə axşamı Ohayoda kampaniya keçirən keçmiş cərrah Ben Karson Ağ Evdə bir müsəlmanın olmasının istəmədiyini dediyinə görə ona yönələn tənqindlərə cavab verib.

“Mən bizim teokratiya olmağımızı istəmirəm. Bunu da nəzərə almaq lazımdır ki, bizim konstitusiyamız və ənənələrimiz yəhudi-xristian ənənələrinə əsaslanır.”

Dindar xristian olan Karson seçilsə bütün digər dinlərə hörmət edəcəyini bildirib.

Ancaq Amerika müsəlmanları qəzəblidir. Bəziləri isə hətta Karsonun namizədliyini geri çəkməsini istəyir.

“50 il öncə bu ölkədə afro-amerikalıların prezident olmağa yararsız olduğunu düşünənlər var idi. Və o zaman vətəndaş hüquqları liderlərinin apardıqları mübarizə nəticəsində bu gün bizim afro-amerikalı prezidentimiz var. O liderlərin əksəriyyəti də müsəlman idi.”

Hillari Klinton
Hillari Klinton

Digər amerikalılar da Karsonu ciddi bir şəkildə qınayırlar.

“Ben Karson başa düşməlidir ki, biz plüralist cəmiyyətdə yaşayırıq. Amerika Birləşmiş Ştatları kimi plüralist bir cəmiyyətdə teist və ya hətta atesit olmasına baxmayaraq hər kəs prezidentliyə namizədliyini irəli sürə bilər. Birləşmiş metodistlər və ya baptist kilsəsinə mənsub olmağından, yəhudi və ya müsəlman olmağından asılı olmayaraq hər kəs,” deyə rahib Qreylan Haqler bildirib.

İlk olaraq prezidentliyə Demokrat namizəd Hillari Klinton ABŞ konsitusiyasının dövlət vəzifəsinə sahib olmaq üçün dini bir kriteriya olaraq heç bir şərt qoymadığını deyib. Amma Respublikaçı namizədlər tərəfindən bu məsələyə ciddi münasibət bildirilməyib.

Amerika Birləşmiş Ştatları kimi plüralist bir cəmiyyətdə teist və ya hətta atesit olmasına baxmayaraq hər kəs prezidentliyə namizədliyini irəli sürə bilər.
Rahib Qreylan Haqler

“Biz namizədlərin əksəriyyətinin siyasi dəstək toplamaq üçün bu cür təhqiredici ifadələr işlətdiklərini müşahidə etmişik,” deyə Ağ Evin sözçüsü Coş Ernest bildirib.

Bir neçə ay bundan öncə keçirilən Gallup rəy sorğusu amerikalıların əksəriyyətinin hər hansı və ya heç bir dinə mənsub olmayan münasib namizədə səs verə biləcəklərini göstərib. Sorğu iştirakçılarının 60 faizi isə prezidentliyə uyğun gördükləri müsəlman namizədə belə səs verə biləcəklərini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG