Accessibility links

Kavano daha bir seksual qısnamada ittiham edilir


New Yorker jurnalı Ali Məhkəməyə namizəd Brett Kavanoya qarşı daha bir seksual qısnama iddiası barədə məlumat yayıb.

Jurnal bazar günü axşam iki ABŞ senatorunun 1983-1984-cü illərdə Yale Universitetində keçirilən şənlikdə Kavanonun cinsi orqanını nümayiş etdirməsi ilə bağlı bir qadının iddialarını araşdırır.

53 yaşlı Debora Ramirez etiraf edib ki, hadisə baş verən zaman spirtli işki içirdi və bu səbəbdən hadisənin hər detalını təfərrüatı ilə xatırlamır. Lakin vəkillə məsləhətləşdikdən sonra Ramirez jurnala hadisəni xatırlamasında kifayət qədər əminlik hiss etdiyini deyib.

New Yorker jurnalı Kavanonun iddia edilən rəftarı ilə bağlı digər şahidlər tapa bilmədiklərini bildirib.

Yeni ittihamlar Kavanonu 1982-ci ildə baş vermis seksual qısnamada ittiham edən qadının cümə axşamı gününün səhəri Senatın Ədliyyə Komitəsi qarşısında ifadə verməyə razılaşması ilə eyni vaxta təsadüf edir.

Ağ Ev Ramirezin ittihamlarını inkar edən Kavano ilə bağlı bəyanatında bunu namizədin nüfuzunu ləkələmək məqsədi ilə hazırlanmış saxta, çirkin və sadə ittihamlar adlandırıb.

Kavanonun Yale Universitetində birgə təhsil aldığı tələbə yoldaşlarından bir neçəsi deyib ki, o heç vaxt belə bir iş görməz. Lakin Ramirezin kurs yoldaşlarının bəziləri Ramirezin dürüstlüyünə zamin durur və tez-tez, davamlı şəkildə Kavanonu sərxoş vəziyyətdə gördüklərini xatırladıqlarını deyir.

XS
SM
MD
LG