Accessibility links

Ben Stiller: "Xərçəng diaqnozunu eşitdikdə..."


Ben Stiller adətən gülməli olur. Lakin aktyor səhhəti ilə bağlı çox ciddi fakt açqılayıb. Aktyor hər kəsə vaxtında müayinə olunmağı məsləhət görür.

O radio şouya verdiyi müsahibədə xəstələnməsi barədə təsadüfən öyrəndiyini bildirib.

Stiller Hovard Sternə iki il əvvəl ona prostat xərçəngi qoyulduğunu və xəbərdən şok keçirdiyini deyib.

O radio şouya xəbərin onun üçün gözlənilməz olduğunu açıqlayıb və fiziki yoxlanış zamanı həkimin onun üzərində Xüsusi Prostat Antigen testi keçirdiyini və xoşbəxtlikdən xəstəliyi ilkin mərhələd aşkar etdiyini bildirib.

50 yaşlı aktyor “əgər həkimim 46 yaşımdan bəri məni bu testdən keçirməsə idi, mən bu gün xəstəliyə düçar olduğumdan xəbərsiz olardım” – deyib.

Stiller xərçəng xəstəliyi diaqnozunun dəqiq olduğunu öyrənmək üçün MRI, biopsy və digər testlərdən keçib. Bundan altı həftə sonra isə aktyorun üzərində tibbi əməliyyat aparılıb.

Aktyor qorxduğunu deyib.`Xəstəlik diaqnozu xəbərini eşitdikdə heç nə edə bilmirdim. Film üzərində işləməyi planlaşdıra bilmirdim - ona görə ki, başıma nə gələcəyini bilmirdim.`

Aktyor platformasından istifadə edərək pərəstişkarlarına yoxlamalardan keçmək barədə mesaj çatdırmaq istəyir. `Bu ikinci ən ölümçül xəstəlikdir. Amma vaxtında təyin edilərsə bu növ xərçəng xəstəliyindən sağala bilmək şansı böyükdür,` Stiller deyib.

XS
SM
MD
LG