Accessibility links

ATƏT PA “Rusiya tərəfindən Helsinki prinsiplərinin açıq, kobud və ədalətsiz şəkildə pozulması" adlı qətnamə qəbul edib


ATƏT Parlament Assambleyasının sessiyası
ATƏT Parlament Assambleyasının sessiyası

Ukrayna problemi ilə bağlı qətnaməni amerikalı senator Bencamin Kardin təqdim edib

İyulun 1-də Bakıda ATƏT Parlament Assambleyasının (PA) plenar iclasında üç saatlıq müzakirələrdən sonra Ukrayna ilə bağlı "Rusiya Federasiyası tərəfindən Helsinki prinsiplərinin açıq, kobud və ədalətsiz şəkildə pozulması" adlı qətnamə qəbul edilib. Sənədi amerikalı senator Bencamin Kardin təqdim edib.

Rusiya nümayəndə heyəti hər vəchlə qətnamənin qəbulunun əleyhinə çıxıb.

Əsasən rusiyalı deputat Aleksey Puşkov ATƏT prinsiplərinin tətbiqində ikili standartların olduğunu bildirib. O deyib ki, Krımın Rusiyaya birləşdirilməsini pisləyən ATƏT eyni zamanda Kosovo məsələsində Serbiyanın mövqeyini dəstəkləməyib.

Puşkovun fikrincə, Ukraynanın cənub-şərqində gərginlik ona görə artıb ki, bu vilayətlərin sakinlərinin federallaşma haqda tələbləri eşidilməyib.

Öz növbəsində ukraynalı deputat Aleksandr Stoyan deyib ki, Ukraynanın cənub-şərqində vəziyyətin nizamlanmasına Rusiyanın separatçıları əngəl törədirlər. “Əgər separatçılara kənardan dəstək olmasaydı bu münaqişə çoxdan həllini tapardı. Onlara silah və maliyyə yardımının göstərilməsinə son qoyulmalıdır”, Stoyan vurğulayıb.

O, assambleyanı, Ukraynanın Donetsk və Luqansk vilayətlərində separatçılara dəstəyə son qoyulmasını Rusiyadan tələb edən aydın mövqeyini hazırlamağa çağırıb.

Müzakirə iştirakçılarının əksəriyyəti Krımın Rusiya tərəfindən anneksiyasını, silahlı separatçıların dəstəklənməsini pisləyib və qətnamənin lehinə səs veriblər.

Bundan əlavə, sənədə bir sıra düzəlişlər edilib. Bunlar Rusiyanın Ukraynaya qarşı hərəkətlərinin tənqidinin sərtləşdirilməsini, Şimali Baltik regionuna hərbi təxribat uçuşlarına son qoyulmasını, qoşunların Baltik ölkələri sərhədindən geri çəkilməsini, Latviya, Litva və Estoniyanın rusdilli əhalisi arasında pozuculuq fəaliyyətinə son qoyulmasını tələb edir.

Səsvermənin yekunlarına əsasən qətnamə qəbul edilib.

Assambleya hesab edir ki, 2014-cü il martın 16-da Krımda keçirilmiş referendum qeyri-legitimdir və qanunsuz aktdır, nəticələrinin heç bir hüquqi qüvvəsi yoxdur.

Qətnamə layihəsində Rusiyanın nəzarətində olan qüvvələrin Ukraynaya silahlı müdaxiləsi ilə bağlı təəssüf ifadə olunur.

Sənəddə Rusiya “Ukraynaya müdaxiləyə son qoymağa, öz hərəkətlərini Ukrayna və ATƏT ölkələri ilə münasibətlər çərçivəsində Helsinki prinsiplərinə uyğun qurmağa çağırılır”.

Bununla yanaşı ATƏT PA-nın sessiyasında Rusiya, Ukrayna və digər ölkələrin nümayəndələrinin iştirakı ilə “Bakı qrupu” yaradılıb. Məqsəd parlamentlərarası dialoqun təşkili və Ukraynanın cənub-şəqrində vəziyyətin normallaşmasına yardım göstərilməsidir

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG