Accessibility links

ABŞ Nümayəndələr Palatasında Benqazi hücumu ilə bağlı dinləmələr keçirilir


ABŞ Nümayəndələr Palatasında 11 sentyabr hadisələrinin ildönümü ərəfəsində Benqazidə baş verən hücumla bağlı dinləmələr keçirilir. Amerikanın Liviyadakı səfiri Kristofer Stevens və digər 3 səfirlik işçisinin qətli ilə bağlı dinləmələrdə Amerikanın Liviyadakı qüvvələrinin sabiq baş komandanı, leytenant-polkovnik Andryu Vud və dövlət katibinin müavini Patrik Kennedi ifadə verir.

Ağ Evin əks-terror məsələləri üzrə məsləhətçisi Con Bernnan da hücumla bağlı istintaqda iştirak edir.

Dinləmələrdən əvvəl Dövlət Departamentinin rəsmiləri hücumun anti-islam filmi ilə əlaqəsi olmadığını, hücumdan əvvəl heç bir qeyri-adiliyin müşahidə edilmədiyini bildirib. Obama administrasiyası hadisəni etiraz aksiyaları ilə əlaqələndirirdi. Lakin daha sonra bunun planlaşdırılmış terror aksiyası olduğunu bildirmişdi.

Hazırda Dövlət Departamenti bununla bağlı ayrı istintaq aparır.

Bildirildiyinə görə, Amerikanın Liviyadakı təhqiqatçısı, ABŞ diplomatlarının təhlükəsizliyi idarəsinin sabiq rəhbəri Erik Nordstrom mart və iyul aylarında Vaşinqtona müraciət edərək, Benqazidə əlavə təhlükəsizlik tədbirlərinə ehtiyac olduğunu bildirmişdi. Lakin Dövlət Departamenti səfirliyin fövqəladə hallar üçün belə lazimi təchizata malik olduğunu demişdi.

Hücum zamanı törədilən yanğın hücumçuların qaçmasına imkan yaratmışdı.
XS
SM
MD
LG